|
Ana dilimizin yazı qaydaları(1)
Ana dilimizdə oxumadığımız və yazı
alışqanlığımızın olmaması üçün yazdığımız
zaman bəzı əngəllərlə qarşılaşırıq.
Ərəb əlifbasında ortaq bir qərara gəlinməsinə baxmayaraq,
ancaq yene de Ərəb əlifbasında belə əklərin
(şəkilçilərin, pəsvəndlərin) necə yazılacağı haqda
ortaq bir fikrə varılmamışdır. İnternet imkanları ortaya
çıxdıqdan sonra Latın əlifbasında yazışmaq məcburiyəti
ortaya çıxdı. Əslində bu özü özlüyündə bizim dilimiz üçün bir şans oldu.
Yəni əlifba birliyinin yaranmasına internet dünyası böyük yardım
etməkdədir. Dil, düşüncənin görünən tərəfidir. Düşüncə
özünü dildə ifadə edər və dildə inkişaf etdirər. Dilin isə birinci
vahidi əlifbadır. Xüsusən yazı dilinin təkamülü üçün əlifba çox önəmlidir.
Latın əlifbasının dilimizə çox uyğun və yatğın olduğunu
bir çox alimlər söyləmişlər. Bu uyğunluq və yatğınlıq
səbəbi ilə də bir çox Türk dövlətləri rəsmən Latın
əlifbasına keçmişlər.
Güney Azərbaycanda ana dilimizdə məktəb olmadığı
üçün Latin əlifbasında ortaq yazı qayda qanunları haqqında insanlarımız
bilgi sahibi deyillər. Ancaq türdeş (yeknəvaxt) yazma bir zərurətdir. Çünkü dil
birliyi və ya dildə birlik yaranmazsa duyğu və düşüncə birliyimiz də
sağlana bilməz. Bu üzdən də bu əksiklikləri ortadan qaldərmaq
lazımdır.
Bu yazıda dilimizdə ahəng qanununa görə mövcud olan da
və də əklərinin (pəsvəndlərinin) necə yazılması
barədə bilgi veriləcək.
Ana dilimizdə da və də əkləri nə
zaman ayrı və nə zaman bitişik yazılır?
Əgər söz harda?, kimdə?, nedə? sualına
cavab verersə o zaman da və də əkləri bitişik, sözlə
bir yerdə yazılmalıdır.
Məsələn:
1. Azərbaycanda
(harda) qurultay keçiriləcək.
2. Dənizdə
(harda) fırtına var.
3. Dağlarda
(harda) vüqar var.
4. Eldarda
(kimdə) qələm var.
5. Eldənizdə
(kimdə) kitab var.
6. Bilgisayarda
(nedə) yaxşı proqram var.
7. Suda
(nədə) oksijen var.
Göründüyü kimi yuxarıdaki cümlələrdə sözlər harda,
kimdə, nedə sualına cavab verdiyi üçün sözlərlə bir yerdə
yazılır.
İndi əgər sözlər cümlənin içində kim?,
kimə?, haraya?, hara?,
nə?, nəyə?, haranın, kimin, nəyin
suallarına cavab versə o zaman da və də
əkləri (pəsvəndləri) sözdən ayrı yazılır.
Məsələn:
1. Azərbaycan da
(hara) Birləşmiş Millətlər Təşkilatının üzvüdür.
2. Azərbaycana da
(haraya) getməyi düşünürəm.
3. O da
(nə) çətin məsələdir.
4. Ağaca da
(nəyə) dayana bilərsən.
5. O da
(kim) gləməlidir.
6. Alpay da
(kim) çalışqan öyrəncidir.
7. Eldənizə də
(kimə) söz verin.
8. Təbrizin də
(haranın) havası dumanlıdır.
9. Havanın da
(nəyin) belə olması işlərimizi əngəllədi.
10. Türkayın da
(kimin) işləri yaxşıdır.
Diqqət edilirsə bu cümlədəki sözlər ıçlərində
yazılan suallara cavab verdikləri üçün da və də əkləri ayrı
yazılır.
Bundan əlavə aşağıdakı sözlərdə də bu
əklər ayrı yazılmalıdır:
1. Həm mən həm də sən bu haqda
dərin dərin düşünməliyik.
2. Həm yağış yağır, həm
də külək əsirdi.
3. Elə də olmalı idi.
4. Eləcə də milli məsələ
haqqında düşünməliyik.
5. Necə deyildisə elə də etməlisən.
+++++++++
|