|
Ana dilimizin yazı qaydaları(2)
Güney Azərbaycanda yazı dilimiz məcburən Farsca olduğu üçün
Farscanın təsiri həm təfəkkürümüzdə həm də Türkçə
yazdığımızda özünü göstərməkdədir. Mesela Fars dilində
və bağlayıcısı çox istifadə edilməkdədir. Bu
üzdən də uzun uzun cümlələr yaranır ki, bu şəkildə cümlə
quruluşu, Türk dilinin özəlliyi deyildir. Türk dilinin böyük bir özəlliyi fikiri ən
qısa yolla ifadə etməkdir. Bu səbəbdən də Türkcədə
və bağlayıcısı yerinə daha çox nöqtə
istifadə edilir. İfadənin yığcam və rahat şəkildə
olunması Türk dilinə aid olan bir özəllikdir.
Ana dilimizdə cümlənin içində vergülün harda istifade
edilməsi Güney Azərbaycanda hələ də anlaşılmış deyildir.
Vergül, Türkcəmizdə nə zaman və harda istifadə edilir?
1. Ana dilimizdə ki bağlayıcısından
sonra vergül gəlir.
Məsələn:
Mən ona dedim ki, insan başqaları ilə münasibətdə
xoşgörülü olmalıdır.
2. Bu sözlərdən öncə vergül yazılır:
ancaq, lakin, yalnız, fəqət,amma, yoxsa, yəni.
Məsələn:
- Mən ona hörmətlə yanaşdım, ancaq o bir az
nəzakətsiz davrandı.
- Bu işi görmək lazımdır, lakin daha səbir və
təmkinlə.
- Dəniz də gözlədir, yalnız mən ormanı sevərəm.
- Səyahət gözəl şeydir, fəqət bu təhlükələri
olmasa.
- Mən Bakıya getmək
istərdim, amma viza çətinliyim var.
- Bu işin üzərində çox
çalışmaq lazım, yoxsa öz özünə başa çatmaz.
- Biz planlarımızı gələn ilə, yəni
növruz bayramından sonraya hazırlamalıyıq.
3. Əgər O (kim) zəmir anlamında olur
və Odan sonra başqa bir zəmir və ya isim
gəlirsə O zəmirindən sonra vergül yazılır.
Məsələn:
- O, Sevdanı teatra dəvət etdi.
- O, səni mi çagırır?
- O, dağa çıxmaqdan xoşlanır.
- O, dəmirçidir.
Yuxarıdaki örnəklərdə əgər vergül qoyulmazsa cümlə
başqa məna verə bilər.
Əgər O (hansı) zəmir anlamında
olmazsa, Odan sonra vergül gəlməz. Məsələn:
- O kitabı mən də oxumuşam.
Egər O işarə zəmiri anlamında isə
yene de vegül yazılmaz. Məsələn:
- O adamı tanıyıram.
Əgər bu yaxına işarə zəmiri
anlamında o zaman budan sonra vergül yazılmaz.
Məsələn:
- Bu iş mənim üçün deyildir.
- Bu adamı mən tanımıram.
- Bu yol eyni yoldur yolçusu yoxdur.
- Bu dağ eyni dağdır qartalı yoxdur.
- Bu yolun sonu sən əvvəli mənəm
Sənə çatacağım bir gün olacaq
Uzaqda, yaxında olsaq da nə qəm
Bu yol bu dünyada bizə qalacaq
Əgər bu yaxına işarə zəmiri deyil
və isim yerində isə o zaman budan sonra vergül gəlir.
Məsələn:
- Bu(nə), O deməkdir ki, sən bu işlə
razılaşmırsan.
- Bu(nə), sözləri yanlış anlamqdır.
- Bu, dağlara yüksəlmək üçün bir
dağçılıq planıdır (plan=tərh).
Əgər diqqətlə baxarsaq,
yuxarıdaki örnəklərdə (nümunələrdə) vergül
qoyulmazsa cümlələrin anlamı tamamən dəyişir.
+++++++++
|