Yaşıl Sevgi
Yaşıl sevgi
damarlarımda axır
Qızıl boğazım
yaşıl sevgimi ucaldır
Qara yollar
aparmasın səni
Eeeey yurdumun Türk baxışlısı
Sən Tomris
Sən Həcər
Sən Sara
Sən Zeynəb Paşa
Sən Sarı Gəlin
Sən cığatı çayının laləsisən
Sən mənim yurdumum
Ceyran qızı
Ulu Türküsən
---___---___---
Araz Dənizli
++++++++++
|