Top Shekil

Ev səhifə Qonaq Şairlər Alirza Aqazadə(Qara Dünya)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: Alirza Aqazadə





Qara Dünya



Qaranlıq zamandır.

Dumanlar tutub gördüyümüzü...

Düzlük duman içrə itib!

Gərçəkliyi yalanlarla büründürüblər.

Adamlıq itib,

Insanlıq batıb,

Həqiqət sınıb.

Düzlüyü,

Kömürlə qaralayıblar.

Gərçəkliyi də...!


::::: Uzağa Düşmə

Məndən uzağa düşmə.

Orada sənə bir baxan yox

Sənin yurdun buradır,

Bura...

Mənim ürəyim.

Buradan çıxsan,

Sanki qurbətdəsən.

Qurbətdə yaşamağa,

Sən yaranmayıbsan.

Sənin yurdun buradır,

Bura...

Mənim ürəyim.

Ayaq qoy öz vətəninə

Unutmaz səni vətən

Unudsanda əgər sən.

Uzağa düşmə məndən

Iraq olsun səndən uzaqlıq

Ürəyim səndən ötəri çırpınır

Uzağa düşmə.


----- ------- -----



Alirza Aqazadə

++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net