Top Shekil

Ev səhifə Qonaq Şairlər Afiq Ağdami (Qardaşım Ağazadə Pərvizə ithafən)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: Afiq Ağdami





Zəncirli biləklərini sıxdı,

Özünə əzab vermək,

Çarəsizliyini bir daha görmək istədi.

Torpağa damlayan qanına baxdı...

Gözləri dolmuşdu,

İstəyinə nail olmuşdu...

Nə xoşbextlik axtarırdı,

Nə də şadlıq.

“Azadlıq, azadlıq...”

Güldü, güldü,

“Hə, bu mənəm!

Düşmənimə dost,

Özümə düşmənəm! ”

Günahkar mənmiyəm?!

Amma mənə belə öyrədiblər,

Gözyaşımı susqunluqla seyr ediblər.

Hayqırmışam-boğublar səsimi,

Yorublar yaşama həvəsimi...

“Alın yazındır” deyiblər,

Dözümlülüyümü öyüblər.

“Kiməm” deyə soruşmuşam,

“Soruşma! ” deyiblər,

“Həddini aşma! ” deyiblər,

Qismətimlə barışmışam...

“Gülüstan”da gözlərimi oyublar,

“Türkmənçay”da ürəyimi paralayıblar...

Övladıma “xain” deməli olmuşam,

Cəlladıma boyun əyməli olmuşam...

Sərvətimi talayıblar,

Parçalayıblar...

Sahibsiz bilinmiş əm,

Quzeyə, Güneyə bölünmüş əm.

Tarixlərdən silinib izim,

Gözü yaşlı qalıb Təbrizim.

Marağam susqun,

Ərdəbilim küsgün...

Dünya varlığımı danmış,

Ana dilim yasaqlanmış...”

Heç göz yummaq vaxtıdırmı?

Mədət ummaq vaxtıdırmı?

Ürəyindən at qorxunu,

Sındır fələyin çarxını!

Din pərdəsi  qapamasın gözlərini,

Ürəkli ol, mərdliklə de sözlərini!

De ki, daha azad olmaq istəyirəm,

Vətənimdə azad qalmaq istəyirəm!

Bir anlığa ürəyində sən Babəkin ahını duy,

Ulu baban Xətayinin o yenilməz ruhunu duy!

Bir anlığa azad eylə mərhəməti ürəyindən,

Belə etsən lap fələk də qorxar səndən...

Ürəkli ol, ürəkli ol!

Yaşamağa gərəkli ol!

Afiq Ağdami



++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net