|
::::: Alirza Zihəq ( Ağçaylı )
Gənclik
Xəzansız bir ömrün güllü çağında
Kökdən qoparilmiş bir çiçək olduq.
Həyatın buruqsuz, çənsiz dağında
Zirvəyə çatmamiş bir dilək olduq.
Həyatı əfsanə, nağıl bilmədən
Hay olub qışqırıq salmadan solduq.
Dərdlər zinə verdi, çağladı axdı
Dəryaya dönməmiş bir gölə dolduq.
Qurtuluş gözləyib sonsuz zamandan
Həyatı ləhzəyə, anlara bölduq.
Gənclikdən pay bizə, xəzan şaxtasi
Qoşulub biz ona, kolları yolduq.
----- ------- -----
Alirza Zihəq
( Ağçaylı )
++++++++++
|