Top Shekil

Ev səhifə Qonaq Şairlər Ali Tudə (Çiçək kimi...)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: Ali Tudə





Çiçək kimi...



Sevgilim bilirəm sən çiçək kimi

Bahar, ülfət, sevinc, işıq sevirsən.

Sədaqətlə dolu bir ürək kimi

Məni özündən də artıq sevirsən.


Gündüzlər sən dönsən coşğun bulağa,

Çağlayan duyğunda mənəm, sevgilim!

Gecələr sən girsən rahat yatağa,

Narahat yuxunda mənəm, sevgilim!


Kim öz sevdiyini qayğılı gözlə

Özündən də artıq sevməsə əgər

Sinəsi dolanda de hansı sözlə

Sevgidən danışar, sevgidən deyər?...


----- ------- -----



Ali Tudə



++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net