|
::::: Ali Daşqın
Çəkib gedərsəm...
Sənin gözlərində ölmək istədim
o da mənə pay olmadı nə yazıq!
Və dodaqlarında gülmək istədim
dodağıma tay olmadı nə yazıq!
Çarəsiz
içimə çəkildim qəribcəsinə
Umudsuz
dərdimi açmadım heç özgəsinə.
Gecələr taxıldım telefon səsinə
heç ondan da hay olmadı nə yazıq!
Düşüb ölürsəm
qatilim sən olacaqsan
Çəkib gedərsəm
həsrətimi çəkən də sən!
Xatırlarmısan?
bir gün, üz-üzə, göz-gözə görüşdük.
harika idi
yanar dağlar kimi
bir-birimizə sokulduk.
Güz gülləri və payız yarpaqları kimi töküldük.
Və sonra
oxucusuz kitab kimi büküldük.
Sən,
çantanın bağını oynadarkən
bu yaxında məndən də doyacaqsan dedin.
Amma mən doymadım.
Tam tərsinə, alışdım, öyrəndim.
Və hətta susadım sənə.
Və sən
qana bulaşmış biçaq kimi kipriklərini,
gözlərininəlinə verdin.
İzin-izin izlədin məni.
Həzin-həzin gözlədin məni.
İndi burdayam, qarşında
öldür də, bitsin bu sevda.
Düşüb ölürsəm
qatilim sən olacaqsan.
Çəkib gedərsəm
həsrətimi çəkən də sən!
Çevrəmdə bir sürü ulduzum oldu.
Hayranlarım mənim için saçını yoldu.
Amma nədənsə
mənim içimə sənin acın və nisgilin doldu.
Mən,
odlara alışmaz, ocaqlara yanmaz,
alovlara qovrulmazdım.
Yanıram indi, sənin için
oysa sən,
sop-soyuq yataqlarda
səp-sərin qollarda
və buz kimi dodaqlarda üşüyüb durursan.
Düşüb ölürsəm
qatilim sən olacaqsan.
Çəkib gedərsəm
həsrətimi çəkən də sən!
Və indi
əlində bir qatar əlvida şarkısı
və belində ayrılıq xəncəri.
Çək də, bitsin bu sevda
Düşüb ölürsəm
qatilim sən olacaqsan.
Çəkib gedərsəm
həsrətimi çəkən də sən!
Sən!
----- ------- -----
Ali Daşqın
++++++++++
|