Top Shekil

Ev səhifə Qonaq Şairlər Ali Daşqın (Bölən mən oldum...)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: Ali Daşqın





Bölən mən oldum...



Sən də pay olarsan bir gün birinə

Yaran mənim kimi düşər dərinə

Unutma o günü gürüş yerinə

Gəlməyən sən oldun, gələn mən oldum.

Mən səni tapanda itirdim əgər

itirim, gülüşün könlümə yetər

Ortaq dərdimizi həm də bərabər

Bölməyən sən olun, bölən mən oldum.

Mən yorgun bir aslan, dağlar yuvası

Sən kiçik bir maral, ceyran balası

Ürəyim ağrıdan qabar çalası

Bilməyən sən oldun, bilən mən oldum.

Mən səni sevmişdim günəşcə gündə

Heç gün ağlatmadı içimi düncə

Görüşə gələndə hər dönə öncə

Gülməyən sən oldun, gülən mən oldum.

Dağanıq görürsən məndə hər zadı

Gülürsən özün gül, güldürmə yadı

Yaş gözlərimizdən bir şırıldadı

Silməyən sən oldun, silən mən oldum.


----- ------- -----



Ali Daşqın



++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net