Top Shekil

Ev səhifə Qonaq Şairlər Aydın Araz (Həsrət notları)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı





Həsrət notları



Biz həsrət notlarıyıq gülüm

Biz bir rəssamın çəkdiyi həsrətik gülüm

Səsimiz

sözümüz

və sevgimiz

bir uşağın gizli sigara çəkdiyi qədər təhlükəlidir

Bizi körpəlikdə qara bələyə biliblər gülüm

Və beşiyimizdə tabut məşqi öyrədiblər bizə

Öz dırnaqlarımızla belə öz dərimizi soyublar

Yalan hayqırıqlarımızla kəfənləndiriblər bizi

Soyuq tərimizi torpağımız udubdur

Sağımızda xəncər belindəkilər

solumuzda qulağı tüklülər san gedir gülüm

Və arada əzilirik biz bir yumruq kimi

Böylədir bizdə əzginlik

Dünənimizi xəmir kimi oynadırlar əllərində

Bu günümüzü kündələyirlər sabahımızı yapmaq üçün

Biz burada

gülüşlərimizi yamsılamalıyıq onlardan

Və ağlamalarımızı gizlətməliyik gülüm

Tüpürcəyimizi utmağa

qorxu çiçəyi göyərir boğazımızdan

Əllərimiz zəncirlərlə adaxlanıb sanki

Biz

həsrət notlarıyıq gülüm

Yazılmışıq

alnımızdakı qırışlara

Biz...

...



***---------***



Aydın Araz



++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net