Top Shekil

Ev səhifə Qonaq Şairlər Aydın Araz (Yalnızlıq)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı





Yalnızlıq



Yalnızlıq

Ayın ən aysız gecələri kimi bir şeydir

Acı çəkmək dəyil

Çəkməyə acı tapmamaqdır yalnızlıq

Xalqın üçün yediyin sillinin izində

Xalqının tüpürcəyidir üzündə


Yazdığım şeirdə sözcük tapanmayıram

Bax siqaramın pok vurmadan tükənməyinə!


Yalnızlıq yani qapını döyənlər

üzür istəyələr yanlış gəldiklərinə görə

və həyat yoldaşın başqasını gəzdirə beynində

sən ilə bir yataqda yatarkən!


Yalnızlıq elə budur

Göndərdiyin məktubların qayıtması

Məzarlıqda

atanın qəbrini tapanmadığındır yalnızlıq

polislərin səni tutmadıqları

şeir yazanmadığın çağlardır yalnızlıq


Bax

ən aysız gecələrin birisində

siqarama pok vurmadan tükənirəm!...



***---------***



Aydın Araz



++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net