Top Shekil

Ev səhifə Qonaq Şairlər Aydın Araz (1)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı



Aramızda...



Aramızda

yapmadığımız çin duvarı

Aramızda

yapmadığımız berlin duvarı

Aramızda

araz

Aramızda

sarı güllər budağı

Aramızda

hər nə ayırır bizi bir-birimizdən



***-------***



Aydın Araz - 1383.3.31



++++++++++




Neçənci...?



Neçənci ayımış?

Neçənci gün?

dırnaqlarını uzaltmışıdın,

ayımı cırmaqlayasan

Neçənci xiyabanda?

Neçənci pəncərədən boylanıb,

saçlarını sərdin baxışlarımın sərgisinə

və düyünlədin saçlarının qaraşına,

gecələrimin uzunluğuna

Neçənci ulduzumu?

Neçənci gecəmdən qoparıb,

Neçənci sevgilinə pay verdin?

Neçənci siydim mən?

Neçənci musafir?

ürəyinin hotelində otaq vermişidin

Neçənci otağı?

eh, mən uşaqlıqdan da

saymağı yaxşı bacarmazdım



***-------***



Aydın Araz - 1383.3.31



++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net