Top Shekil

Ev səhifə Qonaq Şairlər Aydın Araz (Sürməli qız)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: Aydın Araz





Sudan gələn sürməli qız



Sudan gələn sürməli qız

Bir kərə şeirlərimin durağında dur olursa

Dayan və kuzəni qoy yerə, yorqunsan bilirəm

Mən də yorqunam deyilmi?

Gözlərinin sürməsinin qarası

Saçlarının qarası

Yaxılıb gecələrimə, gündüzlərimə

Dəyilmi?

Səni kuzən incidirsə

Məni həndəvərimə yayılan yuxu incidir

Məni min maskaklı yarasaların

Ufunətli uçuşları incidir sürməli qız

Susduğum cinayətdir

Hayxırdığım böyük bir suç

Bizim çağda hər-nə qabıq dəyişir tez-tez

Doğal ulduzların küsdüyünü düşlərimizdən

Və sevinc issisinin küsdüyünü öpüşlərimizdən

Düşünə bilirmisən sürməli qız?

Indi

Saraylar gövdələrin suya yox

Bəlkə yabancı xanlara tapışırırlar

Xan çobanlar da ki ah...

Sizin çağda atlar kişnəyirdirsə

Indi atlar əsnəyirlər sürməli qız

Indi sevgi bir qərib musafirdir

Sicillisiz

Heç hoteldə yeri yox

Itlərlə yanaşır

Səhərə qədər

Çiynin qabardı mı?

Qabarın kuzəndənmi?

Mənim çiynimə ölü şəhərimin cənazəsi

Və ürəyimə asidli sevgilərin peşmanlığı

Gözlərimə beton əsrin aldanışları

Qabar salır sürməli qız

Mən burda çox yalnızam sürməli qız

Çığırdığım səsimi

Heç kimsə eşitməyir özümdən sonra

Heç kimsə yandırmayır sönük ulduzlarımı

Mən burda çox susuzam sürməli qız

Kuzəndən bir bardaq su ver olursa...


----- ------- -----



Aydın Araz



++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net