Dünyanın Ayıq Vicdanlılarına:
Açıq məktub
Bu ağrı-acılı məktub, 30 milyonluq bir xalqın
ən primitiv insan haqqı olan anadilində yazıb-oxuma
haqqının əlindən alındığı üçün
sizə yazılır. 21-ci əsrin üz qarası olan İrandakı şovinist
təfəkkürün, köməksiz və arxasız bir xalqın
başına gətirdiyi bəlalərdən
danışır. Bu qeyri insani və faşisti
hərəkətə artıq dur demənin zamanı
gəlmişdir.
Demokratik ölkələrdəki sevindirici gəlişmələr
nəticəsində insanların daha rahat, daha azad
yaşaması və həyatlarından daha çox ləzzət
aparmaq üçün planlar döküldüyü zaman bizim məzlum
Azərbaycanımızda Ana dilimizdə məktəb
istəyənləri tutur zindana salırlar, döyürlər,
qamçılayırlar və olmazın qaraları yaxırlar.
İnanılası deyil amma
inanınkı belədir. Inanmırsanızsa Qoşaçayda 6
yaşındakı məsum bir uşağın anadili
macərasi ilə Təbriz zindanında ana dilinə görə
zəncirlərə çəkilmiş Hidayət bəy zakirinin
ona məktubunu oxuyun. Onada inanmasaz gedin güney Azərbaycana, girin
xalqın arasına, baş vurun zindanlara, bu
nümunələrdən yüzlərlə görəcəksiniz.
Vicdanlarız ayıqdırsa, Tehrana tərəf üz tutun, sorun-soruşun, bu
zalimlik nə üçün, dünyanın ən gözəl dillərindən
olan dilimizə qıfıl vurularaq məhv edilməsi nə
üçün, özüdə 21-ci əsirdə. Inanmıramkı
Tehranda ayıq vicdan
tapılmıya, amma sizə diyəcəklərki, özləri
istəmirlər, bu isə iki qat günahdır.
Görün bu milləti necə təhqir ediblər, nə günə
qoyublarkı, özü-özündən küsüb, doyub və cana gəlib. Amma
inanıramkı belə deyil, çünki çürük iplərlə 80
ildə toxunmuş torları artıq millət yırtıb, haqqını
çağırır, varlığını bağırır.
Sən ey zindanlarda çürüyən cavan , çağır, ey məzlum
millətin qəhrəman balası bağır, haqqını
çağır. Baxmaki, hava ağır həmdə qurşun kimi
ağır, sən bağır, haqqını çağır.
Çəkinmədən bağır, usanmadan çağır, sən
hayqıraraq ədalət bağır, bu zülm yerdə
qalmayacaqdır.
Bir gün gələcək səndə insanlara qoşulacaqsan,
səndə azad yaşayacaqsan, səndə var dövlətini
qoruyacaqsan, bəlkə bugün özünü ayıqlığa vurmuş
vicdanlar onda həqiqətən ayıldılar.
Hĝrmetle:
Böyük Rəsuloğlu
++++++++++
Mehran oğlum mənı bağışla
Mehran oğlum sən ilk
mədrəsəyə atdım atanda öz ana dilində dərs
oxumaq istəmişdin, sevirdin ki ana dilivi
yazıb-oxumağı oyrənıb öz dilində düşünüb
inkişaf edəsən.
Sən istəmişdin ilk
kitabların səhifələrin varaqlayanda Ana, Ata sonra
Çörək, Su eşıdıb, o gözəl əllərinlə
yazasan: Mənım dilim Türkü dilidir,
mən dilimi sevirəm.
Nə sevinciylə, gülə-gülə
fərəhlənıb mədrəsənın
qapısından içəri girdin, nə istəkli arzularla ayaq
qoymuşdun ilk oxula.
Şirdən axan suya baxdın, öz-özuvə
dedın ki: Nə cur yazılar Su? Bu Su ki
aydınlığı, bolluğu bizlərə
gətırır, bu Su ki çay olur, sonra dənız olur, daha
susuz mumaları(fidanları), ağacları suvarır,
əkın tarlaları bar verır və yolda yorğun
yolçuları susuzluqdan çıxarfır, nə cur yazılır bu Su?
Sonra Ana
Sən bir oğul kimi
ürəyındə Ana sevgısını
bəsləmışsən, sən könlündə Ana sözünü
daşıyırsan, Ana sözcükünün
ürəyınməsını özüvə vacıb bir iş
bilirdin buna görə ki Ana kəlməsının
yazması-oxumasını öyrənsən, öz kökünü bilib sonra Ana
dil daha Ana yurd yazmaların bilərdın, bilərdın
və ürək lohələrın qazardın və həkk
edərdın; Onda sənın ürəyın və
düşüncən dolardı Ana, Ana dil, Ana yurd sevgılər
ilə, amma qara buludlar sənın arzularıvı nə burudu?!
İlk gün sənə nə qara gün
oldu, qara müəllim sənə Su yerınə Ab
deyəndə sənın başıva nə gəldı?!
Elə bil ürəyıvə dumanlar duşdu!
Sonra o qaranlıqda yaşayan
öyrətmənə oxşar ağır əllər ilə
sənın kiçik lalrıvə cumdu, daha yanqalarıvı
qızartdı, göylərdə şimşək şaxarkən
o gözəl ürəyın parçalandı...
Vaaay...vaaa...y!!
Mən: Su yazmaq, sonra çörək ya
Ana-Atamı yazmaqla bilmək istəyırəm, dedın.
Müəllim: Sənə nə
dedım o dur; Bundan bu üzə Ab-nan deyəcəksən, ab
deyəcəksən, ab yazacaqsan, ab
düşünəcəksən, dedı.
Sonra ağır əllər o
kiçik-səfalı Mehranımızın üzünə doldu.
Mehran oğlum, sənın dünya
genışlıkdə ürəyıvı
sındırdılar, sən nə çəkdın?!
Mehran oğlum mənə
xəbər gəlıb çatanda birdən birə özümdən
nifrətim gəldı, müəllimlıyımdəmə ar
oldu, başım dönməyə başladı.
Mehran oğlum sən
gələcəyın Babəkısən, olarmı
mənı bağışlayasan? Niyə ki mən də
müəllimlərlə əməkdaşlıq edırəm.
Düzdür ki müellimlər dumanlar
arasında yaşayırlar və çoxlu yalnış
yerlərə çalışırlar, amma hamını bir
gözdə görmə, öyrətmənlər vardir ki Ana dilində
öyrətmək onlara qutsal amac sayılır.
Mehran oğlum səndən
istəyim bu dur ki gələcəyə ümüd
bəsləyəsən və inanasan ki gələcək
bizimdir və bizlər daha hamı Azərbaycanlı Türk
uşaqları oxullarda Ana dilində yazıb oxuyacaqlar.
Mehran oğlum bu məktubu
Təbrız zindanindan yazıram, sənə söz verırəm
həbsdən çıxandan sonra ilk işim Qoşaçaya
gəlməkdir, mənı qəbul edə bilərsənmi?!
Qoşaçaya gələcəyım
öz göz yaşımla sənın əllərivin, daha üzünün
acısını çıxardam, amma öncədən Mehran
oğlum mənı bağışla!.
Təbrız zindani
Hidayət Zakır - 5 Yanvar 2006
Qoşaçaylı Mehran Rəhimiyə sonuram
++++++++++
|