Azərbaycanda bahar bayramı
Azərbaycanın muxtəlif
bölgələrində çeşidli adlarla səslənən bahar
bayramı ölkəmizin hər tərəfində bir az
fərqli olsada ümumi qaydalar üzərində qurulmuş bir
bayramdır. Hələ dilimizə bu qədər Fars sözü
girmədən öncə ona il bayramı, yaz bayramı və
bahar bayramı diyərdilər. Ancaq novruz adinda bir bayram
mən eşitməmişdim. Bu söz bəzi oxumuşların
vəya özünü bilici göstərmək istəyənlərin
tərifindən ilin ilk günü kimi tərif edilərdi. Bunun
yanında quzey Azərbacanda özəlliklə Bakıda novruz
sözu daha çox işlənməkdədir.
Bahar Bayramını uzun illərdən
sonra özəlliklə uşaqlıq və cavanlığımda
Təbriz və ətrafi habelə Urmu və ətrafında
gördüklərim və ailəmizin geçirdiyi mərasimlərdən
xatırliyacağıma görə xətalarım olursa islah edilməsin
bütün Azərbaycan aşiqlərindən xahiş edirəm.
Özəlliklə dilçi və folklorşunas olmadığıma
göre yazı uslubu və metodologi
yanlışlıqlarımı vətən eşqində
çırpınan ürəyimdən axan qızıl qana
bulaşmış həsrət ahlarına
bağışlanmasını təmənni edərdim. Umid
edirəmki, bugün ərsiyə gəlmiş dəyərli
yazıçılarımız özəlliklə yaşlı
nəslimiz milli varlığımızın qorunub
saxlanılmasında əllərindən gələni
əsirgəmiyəcəklər.
Bəlkə gənçliyimin oğlan
çağında (13 - 18) Urmuda yaşayıb oradakı yüksək
səviyəli insaniyət
və mədəniyətdən yadımda qalan gözəl
xatirələr, bəlkədə Urmunun gözəl
təbiəti, verimli toprağı, bol suyu və gülər üzlü
xalqının təsiri, yada bugünə qədər başına
gəlmiş bəlaların tikrarından olan
nigarançılığımdırki, həməşə
beynimdə, dəvamlı ürəyimdədir. Ona görədə
oradan başlamağı sanki bir vəzifə sayıram.
Bayrama dörd həftə qalmış
çərşənbə axşamından başlanan
şənliklər gənc oğlanlanların tonqal
qalıyaraq alovlandırması ile başlar. Bu iş bayram öncəsi
çərşənbə axşamına qədər olan ot, su,
torpaq və od adlanan günlərdə dəvam edər.
Qızlı-oğlanlı tonqalın ətrafında
toplaşaraq oxuyub, oynarlar və odun üstündən atılaraq
özəlliklə qızlar diyər atıl matıl
çərşənbə - baxtım açıl
çərşənbə (bunu sudan da atılaraq
söylərlər). Bu mərasim axır çərşənbə
günü ən yüksək səviyədə geçirilər. O günü daha
böyük tonqal qalanar, daha çox insan toplaşar, daha yaşlı
insanlar hətta aqsaqqallarda şənliyə qoşularlar, toy
çalınar çalman gedilər. Fış-fışalar atılar, tüfənglər
şaqqıldar, od qalaqları uca damlarda da yandırılar,
bütün millət əlində olan bütün imkanlardan istifadə
edərək şənliyə şən qatmağa
çalışar. O gecə isə özünə məxsus
törənlərlə evlərin daxilində və eşikdə
millət od çərçəmbə mərasimlərin yerinə
yetirərək bayram gününə hazırlanar. Göz qaraldıqdan
sonra hərkəs öz evinə gedər, çərşənbə
süfrəsinin başında əyləşilər. Ananın
həftələr boyu zəhmət çəkib
pişirib-düşürdüyü milli yeməklərlə,
bağ-baxcanın pozulduğu zamandan saxlanılan milaq qoz
və atanın alib gətirdiyi şirniyatla bəzənmiş
süfrə nemətlərindən faydalanılar. Urmuda bayrama bir
ay qalandan xanımlar qolların çırmalıyaraq
hazırlığa başlar. Urmu nemətlərindən olan
doşab, qoz və buna bənzər məhsullardan istifadə
edərək sucuq sərərlər. Hər
məhəllədə neçə ailə toplaşıb buğda
gövərdərlər, bayrama neçə gün qalmış onu
əzib suyun çıxararaq asdıqları böyük tiyanlarda
səməni pişirərlər. Səməni pişirmə
mərasimi özü-özlüyüdə dəyərli bir
mədəniyətdir. Tiyanın altı 3-4 gün sönməməli
və bütün bu müddətdə onu uzun çömçələrlə
qarışdırmalı olduqlarına görə özəlliklə
gecələr xanımlar onun başına toplaşıb
bəlli şeirlər oxuyub, özəl havalar oynarlar. Sucuq
sərmə ondan asan bir iş deyildir, o da özlərinin
hazırladıqları nişasta, paizda bağda
pişirilmiş doşab və çırpılıb
gətirilmiş qozun qarışımından hazırlanar.
Günlər boyu özəl yerdə özəl təxtələr üstünə
sərilmiş təmiz süfrələrin üstündə
yatırdılar, dəfələrlə çevrilər, özünə
gəldiyi zaman yığılıb qazanlara toplanar.
Artırmalıyamki, Urmu şəhərində yaşayan
və kökü Urmulu olan bütün ailələrin ətraf
kəndlərdə uzum bağları olardı. Ona
görədə yuxarıda adını çəkdiyim milli
yeməklər və ya pış-pışa neyqazanı
asıb bidmişq arağı çəkmək və ya paizda
nanə-şahistərəm və başqa insan sağlamlığına
faydali olan otların arağının çəkilməsi
kəndlərdə olduğu kimi şəhərlərdə
də yayqın idi. Bu işlərin çoxunun qadın və kişi
işbirliyinə ehtyaci olduğuna görə ailədə çox
yaxın ilişgiləri görmək mümkünüdü. Özəlliklə
kənd həyatında qadınların böyük rolu olardı. Ev
və eşik işləri qadın və kişi arasında
bərabər planlaşdırılardı. Hankı yerin
buğda, haranın tutun, bostan, yeralma əkilməsi vəya
ailə həyatının başqa probləmləri
ailədə müzakirə olub nəticəyə
bağlanardı. Qadınlar əkin yerlərində
özəlliklə uzum bağlarında çalışdıqları
kimi kişilərdə evdəki muxtəlif işlərdə
iştirak ederdilər. Qdın anadır, ana bütün çətinliklərə
dözər, taki ailə dağılmasın, uşaqlar
xoşbaxt olsun fəlsəfəsinə görə,
bəlkədə qədim Türk ənənələrinə
uyaraq qadınların ailədəki rolu həməşə
birinciydi. Bayram törənlərində də qadınların
böyük rolu inkar edilməzdir. Ona görə də
bıllı-bıllı mərasimində, ərlik qız olan
evlərdə, təzə tanışdığı
sevgilisinə çərşənbə yemişi və
bayramlıq bağlamağa icazə yetgisi ancaq anadaydı.
Bıllı-bıllı sallamaq
mərasimindən danışmaq istərkən ulu
Şəhriyarın ay nə gözəl qaydadı şal sallamaq
- bəy şalına bayramlığın bağlamaq
misralarını xatırlamadan geçmək doğru deyildir.
Demək, o bölgədə və bütün Azerbaycanda bu dəb
varmış və bu gün də dəvam edir. Axır
çərşənbə gecəsi gənc oglan uşaqları
şamların yeyib-Yeməmiş, dəsmallarına və ya
börklərinə ip, qayış və ya bir şal
baglıyaraq damlara çıxarlar və dəsmal sallarlar. Evin
üstündə baca varsa oradan, yoxsa pəncərənin qabagından
şallar sallanar və hər ev öz imkanları daxilində ona
çəp-çərə bağlar. Gənclər qozları toplar,
sabahından başlıyaraq bayramdan bir neçə gün gedincə
cəviz oynarlar. Boyanmış yumurtaları topluyaraq o
günlər yumurta döyüşdürərlərki, onun özünün qaydaları
var. Pulları topluyaraq o günlərdə rəsm olan muxtəlif
aşıq oyunları, duvara vurdu, bajor və ona
bənziyən oyunlar oynarlar. Aşıqların bəzən
alçı və tovxan tərəfləri sürtülər, onun cik
vəya bök durdugu zaman bir şey qazanmaz, ancaq omba durduğunda
bütün oyunu udar. Aşıq heç zaman iki ayaq üstündə durmaz, bəlkə ona görədirki, o
duruşun özəl adı yoxdur.
Bıllı-bıllı gecəsi ən
duyğulu anlar qız öz nişanlısının
dəsmalına bağladığı bayramlıq
anlarıdır. Dəsmali vəya börkü öncədən
tanıyan qız ananın əmri ilə ona
çərşənbə yemişi bağlar. Ancaq ananın
görməməsi şərti ilə özünündə
hazırladığı bayramlığı bağlar,
baxmıyaraqkı bayramlıqlar əsasən bayram günündəki
görüşlərdə verilər.
O gecə bütün ailələrdə
yaxşı və müsbət sözlər
danışılmalıdır, çünki gənc oğlan və
qızların açar salmaları hər qapının
arxasında ola bilər. Açar salanın eşitdiyi sözlərin
keyfiyətinə görə onun gələcək
şansının necəliyi məlum olar
inancındadırlar.
Bayram günü hər kəs təzə
paltarların geyib, öncə ərəfata gedərlər
və geçmişlərinin məzari başında halva
paylayıb fatihə oxurlar. Sonra bir-birinin görüşlərinə gedərək
bayramların təbrik edərlər. Bu görüşlərdə
öncəlik yasli olan ailələr və həmçinin aqsaqqallar
və qədim zaman kəndin ərbabı vəya xanı
olardı. O günü il təhvil olanda kəndin vəya
məhəllənin toyçusu dam üstə cıxar və böyük toyu
gümbüldadar, çox çəkməzki cavanlar toplaşıb oynamağa
başlarlar.
Yuxarıda da qeyd etdiyim kimi bir
tərəfdə yumurta döyüşdürərlər, bir
tərəfdə top oynarlar, bir tərəfdə təzə
oyunumun əl şəqqisi diyərək pil-dəstə
oynarlar, ancaq böyüklər daha ziyadə evlərdə
görüşə oturarlar vəya görüşə gederlər.
O günü bütün ailə üzvləri bir-birinə
bayramlıq verər, görüşə gələnlərində
çoxu özəlliklə yaxın qohumlar uşaqlara bayramlıq
verməyi unutmaz.
Fikrimcə bu bayramın ən gözəl
insani dəyəri, küsülülərin barışmasıdır.
Umumiyətlə küsülü olanlarin özləri görüşüb
barışarlar, yada görüşə getdikləri evdə
bir-birlərin görüb barışarlar. probləm çox böyük olursa
aqsaqqallar qolların çırmalayıb bu işi yerinə
yetirərlər, gənclər arasındakı küsülülər
isə öz dostlarının planlaşdırdığı
və hazırladığı görüştə güya təsadüfi
bir-birlərin görüb görüşüb barışarlar, yoxsa
yoldaşlarının xahişi ilə əl
sıxışarlar. Bütün çabalar insanların
barışması və yeni ilə küsülü girməməsi üçün
yerinə yetirilər və başarılıda olar.
Bayram günü aralarında şikayət olan
çoxlu ailələr barışar, polis, Jandarma və ya
ədliyədəki ağır şəraitdən can qurtarar.
Bəzi fərqliliklər olsada bütöv
Azərbaycanda demək olarki, bahar bayramı eyni qaydalarla
geçər. Baxmıyaraqki şimali Azərbaycanla Güney arasında
uzun müddət ayrılıq olmuşdur və özəlliklə
İstalin diktatörlüyü bir tərəfdən milli günlərimizi
unutdurmağa çalışırkən,
bir tərəfdəndə türklük şuurumuzu
əzməyə çalışmışdır Quzeydə geçirilən bahar
bayramı törənləri güneydəki ilə çoxda
fərqlənmir. Bakıda qaldığım on il
müddətində bunu dərinliklərinə qədər hiss
etsəmdə Quzeydəki bəzi şənliklərin
Güneydə də geçirilməsi arzularıma daxildir. Şübhə
yoxdurki cənubda da əskidən qalmış dəyərli
münasibətlərin şumala daşınması kültürümüzün
genişlənməsi üçün zəruridir. Bakıda geçirilən
bayram törənlərinin zirvəsində bayram günü
şəhərin mərkəzi və başqa
yerlərindəki, çal-çagır proqramıdır. Bakı merinin
böyük diqqət və zəhmətlə
hazırladığı bu şənlikdə bütün
sənətçilər iştirak edər və bir qayda olaraq
dövlət başçısı şəhərin mərkəzi
və içəri şəhərdə gəzintiyə çıxar,
xalqla bayramlaşar, gəlin kimi bəzənmiş bahar
qızı ilə rastlaşar. Bahar qızını
şəhərin bir çox yerində görmək, xalqla
bayramlaşmağını və bəzən
gənclərlə ən-ənəvi yumurta
döyüşdürməsini görmək mümkündür.
Şumalda da Güneydə olduğu kimi
zəhmətkeş qadınlarımız günlər
öncədən bayrama hazırlıq görər və dadı
damağımdan getmiyən məşhur şəkərbura
bol-bol pişər. Gənclər qapıların arxasına
bayramlıq almağa gələr, insanlar bir-birinin
görüşünə gedərək bayramlaşar.
Təbriz və ətraf kəndlərində bəzi
özünə xas törənlər olsada umumi gedişat çoxda
fərqlənməz.
Təbrizdə tonqal qalayıb od
yandırmaq Urmu qədər əzəmətli olmasada axir
çərşənbə günü tərəqqə atmaq və
fışfışa fırlatmaq bütün şiddəti ilə
dəvam edər. Dəqiq xatirimdadirki o günlər özəl
saxsı torpağından düzəlmiş, içinə gügürd və
barıt doldurulmuş üskük boyda bir patlayan satılardı. O
ayaq altında patlayıb ses verdiyi kimi gənclərin özünün
simdən düzəltdiyi bir alətə yerləşdirib,
uzağa fırladılardı, yerə düşündə alovla
birlikdə şaqqıldardı.
Təbrizin ətraf kəndlərində
çərşənbə axşamı şal sallama və od
yandırma mərasimi yerinə yetirildiyi kimi o günü
nişanlı qızlara bayram payı aparılar.
Özəlliklə Səhənd dağının
ətəklərində yerləşən qarlı-boranlı
və soyuq havalı kəndlərdə nişanlı qız
bəy şalına qışda muxtəlif rəngli
iplərdən toxuduğu corabın bağlar.
Təbrizdə
çərşənbəlik deyilən bu pay daha önəmli və
daha qaydalı biçimdə tənzimlənər. O gün
nişanlı qızın gözü qapıda olduğuna görə
maddi durumundan asılı olmuyaraq
bütün nişanlı ailələr qız evinə çərşənbəlik
göndərər. Maddi imkani olanlar bir, bəzən daha çox xonça
bəziyib hazırlayaraq ona az yaşlı bir oğlan
uşağı qoşaraq qız evinə yollarlar. Özəl bir
formada taxtadan düzəldilmiş bu xonçalarda umumiyətlə
bulutla şirniyat, özəlliklə Təbrizdə çox
məşhur olan qurabiyə, nişanlı qıza donluk, ayaq
qabı və çadıralıq, qaynanaya donluk, qaynataya ayaq
qabı, baldızlara çadıralıq və qayınlara
köynək vəya köynəklik aparılar. Maddi imkani olmuyan
ailələrdə isə məjmei deyilən mis qablarda
vəya daha kiçik sinilərdə aparılar, amma mütləq
aparılar. Təbrizdə müxtəlif formada
çərşənbə yemişi hazırlanar və tükanlarda
satılar, ən yaxşısı məmülən Emir
bazarının dalında olar. Ancaq cuvanəzənlikdə
taninmış olan Təbriz qadınlarının çoxu bunu
özləri hazırlar. Kişmiş, xurma, basdiq, qoz, badam və
buna bənzər yiyəcəklərdən düzəldilmiş
çərşənbə yemişi ancaq o gün üçündür, bayram
gününə isə özəl şirniyat pişər.
Təbrizdə o gecə ümumən
balıq plov yeyilər, şamdan sonra yemiş məjmeisi
gələr, uşaqlara pay verilər, böyüklər
dəcindən faydalanar. O gecə açar salmaq böyük bir zevqlə
geçirilər, beləki bəxt astanasındakı qızlar
ayaqlarının altına bir açar qoyaraq evdeki
danışıqlara qulaq asarlar. Ona görədirki, o gecə
hamı gözəl sözlərdən danışar, toydan, bayramdan
diyər və qapının arxasındakını öz
arzılarına çatdırmaq üçün əlindən gələni
edər.
Bayram gününə hazırlıq günlər
öncə ev-eşiyin yuğulub təmizlənməsi ilə başlar,
bayram şirnisin çoxları bazardan alsada qədim ailələr
onu evdə pişirərlər. Badam içini
dibək-dəstədə əzərək
narinlədəndən sonra məxsus un, nişasta, bal vəya
şəkərlə, sarı yağ və gülab
qatılmış su ilə yoğurub kiçik dairə
şəklində tavada yumuşaqcasına qovrulmuş
qurabiyə, lövzi və baqlava adlandırılan bayram
şirniləri günlər öncə hazırlanar. Qədim onun
yumuşaq qalması üçün mis qazanlara yığılaraq
evlərdə özəl formada
tikilmiş dilablarda uşaqların gözündən ıraq
saxlanılardı və bayram günü döşənərək görüşə
gələnlərə təqdim edilərdi.
Əlbəttəki uşaqlarda ondan öz nəsibini alardı.
Bayram süfrəsi evdən-evə,
ailədən-ailəyə fərqli bəzənmiş olsada
bu bayrama çox böyük əhəmiyət verən və bütün
qaydaların titizliklə yerinə yetirməyə can atan
anamın süfrəsin, sikkə, səməni, sarımsaq, su,
çiraq, ayna və quran bəzərdi. İl dəyişdiyi an
istisnasız olaraq bütün ailə üzvləri o günə qədər
geyilməmiş təzə paltarların giyərək
süfrənin başında olmaliydi. İl dəyişən kimi
hamı bir-birinə bayramı təbrik diyərdi, böyüklər
uşaqlara təzə pul vəya sikkə bayramlıq
verərdi, cavanlar boyanmış yumurtaları götürüb,
döyüşdürmək üçün küçəyə çıxardı. Kənd
yerlərində o gün çeşidli oyunlar yanında at çapdırmaq
və dovşan ovuna çıxmaq özəlliklə Təbrizə
dərs oxumaq üçün getmiş və bayramda ailələrinin
yanına gəlmiş cavanlar üçün unudulmaz xatirələr
olurdu. Ən marağlısı o kəndlərdə top
Ərəbi deyilən bir oyun oynanardıki, daha ziyadə
Amerikalıların bugün oynadigi əl futbalına
bənzərdi. Bayram günü o kəndlərdə küsülülərin
barışması qədər gözəl və dəyərli
qayda milli kültür ölçüsündə tayı tapılmıyan qaydadır.
Bayramlaşmaq hələdə uzun
müddət dəvam edər, kişilər ilk günlərdə
görüşlərin başa çatdırsalarda qadınlar onu
sürdürər. Ətraf kəndlərdə bir misal var, diyərlərki,
qadınlar arpa biçiminə qədər bayram görüşünə
gedərlər.
Böyük Rəsuloğlu - 05 Yanvar 2006
++++++++++
|