Top Shekil

Ev səhifə Qonaq Şairlər Bəxtiyar Vahabzadə (Vətən var)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı



Vətən var:        


Vətən var




Hardaysa bu dəmdə

Dəryada batan var.

Vardırsa köməksiz

Fəryada çatan var.

Dünyada alandan

Əvvəlcə satan var.


Atəş öz-özündən

Birdən-birə yanmır.

Bir şey bu cahanda

İzsiz və səbəbsiz

Bihudə yaranmır.


Vardırsa, yaranmış,

Mütləq yaradan var.

Varsansa... özündən

Əvvəlcə atan var.


Dünya quru bir səs,

Qəm çəkməyə dəyməz.

Yüz-yüz itən olsun,

Min-bir də bitən var.

Şükr eyləyəlim ki,

Bizlərdən həm əvvəl,

Həm sonra Vətən var.


----- ------- -----


Bəxtiyar Vahabzadə - Avgust 1980



++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net