Top Shekil

Ev səhifə Qonaq Şairlər Bəxtiyar Vahabzadə (Mən Türkəm)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

Haray, haray, Mən Türkəm


Mən Türkəm



Sən bizi aldatdın illərdən bəri

Mən çərxi-fələkdən dərs götürmüşəm

Özgə anasından süd əmənləri

Özgə qulluğunda duran görmüşəm


----- ------- -----


Bəsdir dözdüyümüz ölümdən betər

Köhnə bazardakı köhnə nırxa

Milləti yüz yerə caladın, yetər

Yüz arxın suyunu qatma bir arxa


----- ------- -----


Əslimi, nəslimi tanıyıram mən

Qarışıq deyiləm, özümdən hürkəm

Sən kimsən, sən nəsən, özün bilərsən

Mən ilk qaynağımdan Türk oğlu Türkəm!


----- ------- -----


Sübutdur, dəlildir, ağlın qibləsi

Dəyişə bilərsən ağlımı ancaq

Canım çıxanadək qəlbimin səsi

Türkəm gərçəyini pıçıldayacaq


----- ------- -----


Bəxtiyar Vahabzadə



++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net