Sevdinsə...
Sevdinsə beş il, on beş il nədir
bütün ömrün boyu gözləyəcəksən
---___---___---
Nə boyda zülm etsə sevgili sənə
sevdinsə hər zülmə döz deyəcəksən
---___---___---
Sevdinsə kölgəyə dönüb hər zaman
sən onu hər yerdə izləyəcəksən
---___---___---
Sevdinsə qəm içib, dərd udacaqsan
onu unutmağı unutacaqsan
---___---___---
Zərərin xeyirdir, xeyirin zərər
sevdinsə günahın içində həqsən
---___---___---
Onu unutmağa çalışsan əgər
sən özün özünü unutacaqsan
---___---___---
Sevdinsə qanqalı gül biləcəksən
hər əsən yarpağa kövrələcəksən
---___---___---
Sevdinsə nə dünən, nə də bu günsən
sevdinsə həmişə sən gələcəksən
---___---___---
Sevdinsə bir ömrün ilk sabahısan
dünyanın ən böyük xeyirxahısan
---___---___---
Bəxtiyar Vahabzadə
++++++++++
|