Top Shekil

Ev səhifə Qonaq Şairlər Bəxtiyar Vahabzadə (Yada.. )

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

Bəxtiyar Vahabzadə ('416' poemasından.)


Yada abidələr ucaldıb dedik...



Yada abidələr ucaldıb dedik:

Fəhləlik bizimdir, ustalıq sənin.

Çox zaman özgəyə qulluq elədik

Beyin bizim oldu, əsər özgənin.


Nadir də, Qacar da ölkələr aldı,

Vətən ucalmadı, özü ucaldı,

Öz doğma yurdunu ayağa saldı,

Şahlar bizim oldu, zəfər özgənin.


Saldıq özümüzü özümüz gözdən,

Kül ilə oynadıq əl çəkib közdən.

Ölkələr nur aldı şəfəqimizdən,

Günəş bizim oldu, səhər özgənin.


Mənim sərvətimə cahan göz dikdi,

Sərvətim, dövlətim ona gərəkdi.

Babam yer şumladı, babam yer əkdi,

Əmək bizim oldu, bəhər özgənin.


Açdı sinəsini bizə bu torpaq,

Aləmi bəzəyib lüt olduq ancaq.

Cıdırda çapsaq da hamıdan qabaq,

Hünər bizim oldu, nəmər özgənin,


----- ------- -----


Bəxtiyar Vahabzadə



++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net