Top Shekil

Ev səhifə Qonaq Şairlər Bəxtiyar Vahabzadə (AĞIL BAŞQA, ÜRƏK BAŞQA)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: Bəxtiyar Vahabzadə





AĞIL BAŞQA, ÜRƏK BAŞQA



Bir-birinə bənzəsə də,

Yel başqadır, külək başqa.

Ətri də xoş, rəngi də xoş

Gül başqadır, çiçək başqa.


Hər diki yoxuş bilmə, gəl,

Hər meyi meyxoş bilmə, gəl.

Hər uçanı quş bilmə, gəl

Quş başqadır, böcək başqa.


Hər dərdinə ortaq mənəm,

Hər ağrını tən bölənəm,

Sən çəkənsən, mən gələnəm

Gəmi başqa, yedək başqa.


Haqqın yolu-öz yolumdur,

Əyilməyən düz yolumdur,

Xeyirlə şər sağ - solumdur

Şeytan başqa, mələk başqa.


Bir diləyə mən calandım,

Gah qazandım, gah talandım,

Ömrüm boyu haçalandım

Ağıl başqa, ürək başqa.


Dilək oldu mənim adım,

Pərvazlandı qol-qanadım,

atmadı səbrim, inadım

Әməl başqa, dilək başqa.


----- ------- -----



Bəxtiyar Vahabzadə




++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net