Top Shekil

Ev səhifə Qonaq Şairlər Babək Qocaoğlu(Ayrılıq)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: Babək Qocaoğlu





Ayrılıq



Ayrılıq dəmində tutub əlimdən,

Getməyi yollara yasaq eylədin.

Gözlərin coşurdu ləpələr kimi,

Bir daha qalmağı məndən dilədin.


Ayrılıq dəmində bir axşam çağı,

Günəş dənizdə batıb itirdi.

Əllərin əlimdə önümdə durub,

Bu görüş deməli burda bitirdi.


Ayrılıq dəmində qayıqlarla mən,

Gedirdik dum-duru sulara bataq.

Sahildə dayanmış sənin heykəlin,

Ayrılıq dərdinə olmuşdu yataq.


Ah indi nə deyim, nə deyim gülüm,

Əllərim əlindən hələ doymayır.

Qarqış ələyin çolaq əlinə,

Bizləri görüşə artıq qoymayır.


Ayrılıq dəmidir darıxma durnam,

Gürüşdür yazılan baş yazımıza.

Əllərim əlinə toxunar yenə,

Fələk oynayacaq hər sazımıza...


----- ------- -----



Babək Qocaoğlu



++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net