
Sorğu dolu gözlərinə baxdım
Sorğu dolu gözlərinə baxdım
Suçlu insan keçmişinə baxan kimi
Bilmirəm gec doğulduq-yoxsa tez
Bir əsrdə sevişdik ki
Qadının qolundakı bilərzik
Ac ərinin gözün qamışdırır
Bir əsrdə ki kor əlindən çəlik oğurlayırlar
Və
Ölü qadının leşinə şəhvətlə baxırlar
***-------***
Uzaqlardan gəlirəm
Sənə ətək dolu hədiyələrlə
Mənə su ver, dodaqlarım çat-çat olmadan,
O sudan ki,
Göyərçinlərin başını üzmədən,
Onlara verərlər!
***-------***
Uzaqlardan gəlirəm
Ətək dolu hədiyələrlə
Sənə kamança vermək istəyirəm
Qolu,
Qardaşımın sümüyündən,
Kasası
Babamın baş kasasından
Telləri
Bacımın saçlarından
Ve sədəfləri
Anamın dişlərindəndir
...bir əsrdə ki
Şairin ömürlük çalışması
Üç çərək kəfən dəyərini ödəyə bilmir
Və qəbirqazan əməyi, ondan artıqdır
Sənə hədiyə vermək istəyirəm
İnan ki cetlərin uçuşuna mane olmasaydı
Hər axşam
Ağ göyərçinlərlə
Sənə sevgi dolu məktub da göndərərdim
Bu əsrin sevgisinə,
Bir baxış yetər
Və ən gözəl sevgilər
Nədənsizdirlər
Bu əsrdə ki,
Qızılı odla
Qadını qızılla,
Və kişini qadınla, sınamaq,
Ən dəyərsiz işdir.
He
y
yy
Sizinləyəm qorxaq insanlar
He
y
Qorxudan suçsuz yaşayanlar
Və günah həsrətini özləriylə gora aparanlar!
Siz tanrıdan qorxdunuz
Və tanrı sizin düşüncənizdən
Mən ki
pis ilə yaxçı-
Aydıncasına içimdə çarpışır
Çiynimdə dar ağacın daşıdım
Məsih
Səlibin colcota təpəsinə daşıyan kimi
Həm də yaşadım
Yəhuda yaşayan kimi
Yapdığım suçlardan
Nə utandım
Və nə qorxdum
Mənim ki ən gözəl
Eyni halda ən böyük günahım
Sevgidir
***-------***
Dalğa Xatınoğlu
++++++++++
|