|
::::: Davud Əhəri
Suç
Nə bir qurtum su,
Nə bir ovuc buğda,
Qanadlarımızı bağladınız.
Dediniz:
Istəyirsiniz uçun!
Bu siz,
Bu da mavi səma!
****
Başardıq!
Ac, susuz
Qanadsızda
Uçduq, amma
Gələcəkdə,
Hökm edəcək
Bu suçunuza,
Tarix baba!
Insafsızlar...!
----- ------- -----
Son görüş
Daha mən gedirəm
Bir doyunca baxım,
Gözümdə dənizlər
Dalğalansada!
Yollar gözləyir məni
Unutmaram səni,
ürəyimdə dağlar
Savalansada!
Gülüşün varlığım
Kədərin yoxluğum,
yazıq könlüm səndən
Yaralansada!
Qaradır gecələr
Olmasa gözlərin,
ulduzlar göylərdən
Yerə sallansada!
Istəməm həyatı
Neylirəm cahanı,
sabah səhər sənsiz
Yenə başlansada!
----- ------- -----
Davud Əhəri
++++++++++
|