
Şairin eşqi təməli
Şer dediyin ilhamdır, bu ilham Pərisi
hər alçaq dama qonmaz yaxud şair
olan bu ilhamın bacarıqlı bir rəssamı və
duyğulu bir memarıdır. Şer kamanı əl ilə
qayrılmış çalğı alətlərinə
bəzənməz, bunun telləri şairin qəlbinin
görünməyən telləridir.Yaxud bu tellərin səsi
səmfonik orkestra səsi dəyil, bu səs demək həyat
və təbiətin gözü ilə görünməyən, qulaqla
eşitməyən canlı bir tablo habelə
yaşayış tərzinin səmfoniyasıdır.
Şair olan bu incə
səslərdən olduğu qədər muhtəşəm
bir səs arayıb, onun parlaq tellərini gecə-gündüz və
həftələr-aylarla qəlb evində bir ana balasın
bağrına basan kimi tükənməz məhəbbət və
cürətlə darayıb, ürək qanila kağız
üzərinə calayar.
Bu kaman mahir ustad əlində özünü tam
şəklində göstərər. Eşidəni valeh edib
özünə sarı çəkər. Bu sazın incə, titrək
səsi hər eşidəni düşünməyə dəvət edib,
onu gah ağladar, gah güldürər. Bu saz həyatın
acılı- şirinli hadisələrini olduğu kimi
göstərərkən, bir saf, kələksiz güzgütək
hər zaman həqiqəti aşkar edər.
Belə bir duyğuya, zövqə malik
olan şair heç bir tapşırılan çərçivəyə
qərar tapmaz.Yaxud ötəri olan şöhrət arxasında olmaz.
O, bir qabaqcıl kimi, söz ordusunun önündə gedən bir
əsgərdir. Onun yolu, fəxri, elin yolu və fəxridir. Öz
ilhamı ilə oynayan ona xor baxıb ayaqlar altına salan
şair, sanki öz varlığı ilə, eli, dili ilə
oynayır. Sonunda belə sənətkarın
yaratdığı əsər özündən qabaq ölüb aradan gedər.
_-_-_-_-_-_
Şair kimdir?
Şer yalnız incə bir
sənət numunəsidir. Bu sənətin qayda və
usullarını kitablarda tərif ediblər. Qafiyə
nədir, əruz, hica və... amma görək bunların tam
şəklində bilib yazan ustad nədən şer yaza bilmir,
ya başqa bir həqiqətə toxunum. Rəhmətlik
Yəhya yaxşı səsli tarlar düzəldib necə ki Varyus
yaxşı viyolonlar. Nə Yəhya və nə Varyus heç biri
tar ya viyolon çala bilməzdilər. Yuxarıda qeyd etdiyimizə
görə şairlik başqa bir zövq istəyir ki ustad
Şəhriyar bu zövqi belə təsvir edir "şair ola
bilməzsən anan doğmasa şair" məncə ustadın
dediyi yerli olsada bir neçə amillərə işarə gəlir.
Bizim sevgili ana yurdumuzda cox istedadlar varikən
ana dilimizin yasaq olmağı səbəb olub ki bu
istedadlar gül açmamış solublar. Yaxud dilimizin yazı
qaydaları ərəb əlifbasına uyğun olmaması
münasibətə dayir bizim zəngin ədəbiyyatımız
ya çağdaş şerimiz hələ ki hələdir
inkişaf yolun ocur ki var tapmayıb bu həqiqətə
yanaşaraq görürük bizim şifahi xalq
ədəbiyyatımız bu
günkü cox əsərlərdən öndə qərar tapır. Cox
yuxarı səthində savadlı olan Azərbaycanlı öz
danışığın yazıb oxuya bilmir.
Şer incə
gözəl bir çiçəyə bənzər. Bu çiçək o zaman daha
artıq boya başa çatar ki onun torpağına, suvuna bir
biliclər yetişir. Şair bu gülzarların
bağbanıdır, o demişkən "bağın barı
bağbandan keçər". Bu incə gül qaba əl, bel, külünk
götürməz. Necə ki yuxarıda qeyd etdim kaman ki ustad saz çalan
sazın tellərini kökləməmiş, çalmaz. Yoxsa hər
simdən əcayib səslər yaranar. Ola bilər ki bu
səslər bəzi naşı sənətkarın özünə
xoş gələ, amma uzun müddətə onun zövqi
həmişəlik uçub gedər. Daha bir də bu ilham Pərisi
belənçi naşılar qəlbində yuva salmamağa and
içər və gedib qonar bir dövlət quşu kimi həqiqi ilham,
pak eşq və sədaqəti olan insan qəlbinin
başına və bütün varlığını, könlünü,
əbədi eşqini ona tapışırar.
_-_-_-_-_-_
Behruz Dövlətabadi (Çayoğlu)
++++++++++
|