Sənin mavi əllərin...
Susma bu qədər, danış.
Mənə danış! Mənə həyatın
əllərindən de. Oxu mənə, mənə mahnı
oxu! dayanmadan oxu. Əllərimi açıb yer kürəsini qucaqlamaq
istəyirəm! okiyanların maviliyindən keçmək və
damcı-damcı buludlara dolmaq! məni bilmək istəsən
bil, mən atılmış o daşlardanam ki yollara
yoldaşam! gəl mənim üzərimdən keç, mənə gül!
mənə güc ver. Mən qanadımı unudmuşam,
mənə danış, mənə danış ki
lallığımı unudum. Ayağa durum. Mən insanları
güldürmək istəyirəm! Mən bir at quşuyam,
çizgilərdə uçan at. Uşuyurəm, o isti əllərini
üstümə çək. Səni hava kimi udmaq gərək!
Yadındamı kimsəni qoymadıq
ağacları çizib adını yazsın! Yadındamı bir
gün özünü odlayan o qıza nəqədər ağladıq. Ondan
sonra mən bir də, mən bir də heç bir göyərtini
ayaqlamadım. Mənə onlardan danış. Bax!
maşınımıza dəyib ölən serçələrdən,
leyləklərin çöp yuvasından! Susma bu qədər. Gəl
bu həyata bir ad qoyaq! "Həyat sevimli bir dəli at"...
bəh-bəh. Gəl ona bir qanad qoyaq. Uçmaq, ucalmaq. Sən
aynı susan! gör necə mavi əllərin yağmurları
sığallayır! qulaq as... bitgilər sənə roman
oxuyur! bu dastan həyatın bitib tükənməyən
nağılıdır. Gəl! mən dəmirləri,
duvarları buraxmışam. bunlara boş verdim. Bilirəm
sən də beləsən. Yalnız biraz danış, susma!
kölgələrin sukutunu sindir. məni dinlə! Mən bir ovuc
alağam uzun bir yol qırağında hər il yaranan. Və
sonra aradan gedən bir alaq! Məni dənizlərə
bağlayan ancaq sənin səsindir. Mənə səsindən
danış.
Mən insanları ürəkdən güldürmək
istəyirəm! sabah kim nə bilir ki nə olacaq!
Bir söz de! volkan kimi bir şey başımdan açılmaq istəyir...
Ərəstu Mucərrəd
++++++
|