Bu Sevgi əbədidir
Yenə gecədir... sokakların
üzərində ayaqlarım buludlar kimi süzür.
Tənhalığımın sərt əllərində
kölə kimi dinməzəm.Və su kimi hopuram boşluğa.
Sənsiz heç olmur! Bir divarın
üzərindən küçəyə boylanan qoca yas çiçəyi
mənə ürək versədə, bilmirəm niyə iysin
də əllərimə dolmur!
Balaca otağıma dönürəm, yazı
masamın üzərində dağılmış varaqlar,
qələmlər... hamısında sən... hamısında
sənsizlik!
Qarşımdakı tabloda Mona Liza-nın
soyuq təbəssümü! və rəfdə qara-qırmızı
saysız kitablar və həyatıma dayima züy tutmuş divardan
asılan tar!
Hamısı sənə vurğun...
hamısı sənə həsrət!
Pəncərədən varıb hava kimi
ruhuma dolur görüşəcəyikmi sözü!.
Xəyalın nəğmədir sanki
və mənə lay-lay çalır, körpü olur uzaqlara,
tükənməzliyimə və sonsuzluğuma.
Sən zamandan öncə yaranmış
çoooox uca bir varlıqsan. Səni görməzəm, ürəyimə
ay kimi yuvarlanan sevgin kimi...! nə vaxt yenə görüş saatı
olacaq?!
Mənə sığınacaq ver.
Yoxlugun önümdə bir uçurum olur. Dözülməz olur, buz kimi, od kimi...
Mən səninlə keçdim xan arazın
həyatdolu ruhundan. Mən səninlə keçdim arazboran
meşəliyinin dağlı sinəsindən və
qurtardım.Və belədir ki eləbil haçansa səninlə
var olan və var olmayan bir körpüdə görüşmişik!
Mənə bunları sənin səsin
dedi... mənə bunları damla-damla sətirlərə
dönmüş o su kimi duyğuların söylədi.
Sən bu incəliklərinlə keçdin
mənim param-parça yaralarımdan!
Şeh kimi və duman kimi sanki, bir
gecə ötdün mənim diriliyimdən və mənə insanlığa
bax dedin! Mən daha insanlığa baxdım! Və sokaklara
və bərbad olduğuma və böyləsineydi ki yaxdım
özümü bir səhər, bir qanlı sevdaya...
Qasırğalar qopdu başımdan,
səni özümə götürdüm və yarandım...
Mən sən oldum,
düşüncələrin düşüncəm və duyğuların
duyğum.
Və mən... və mən adını
martılara öyrətdim. Səsini sakit okyanın ən
dərinliyində bəslədim və mavi əllərini
göylərin ətəyinə sardım. Heç durmadım və
susmadım.
Sən varkən böyləsinə
məndə, heç vaxt- heç vaxt ölümlərə sınmadım!
---___---___---
Ərəstu mucərrəd
++++++++++
|