Top Shekil

Ev səhifə Qonaq Şairlər Güntay Cavanşir (Özgür gözəlin monoloqu)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı



Özgür gözəlin monoloqu



Men sevgi dolu bir ulu varlıq, ulu quvvət

Ruhumda barınmış da gözəllik və məhəbbət


----- ------- -----


Özgürlüyü, özgünlüyü həp sevgidə buldum

Eşqin ulu yurdunda yanar meşələr oldum


----- ------- -----


Sevda dənizi deprəm edər çağlar içimdə

Eşqin ulu heyrətlərini saxlar içimdə


----- ------- -----


Sevda və gözəllik eləyir məndə təcəlli

Zülfümdə qaranlıq gecənin gizləri bəlli


----- ------- -----


Məndən ötəri dağları dəlmiş ulu bir ər

Məcnunluğa yüksəlmiş olan Qeys də, səslər


----- ------- -----


Səslər, məni səslər, məni həp ərmiş ərənlər

Sevda və gözəlliklərə həp səcdə edənlər


----- ------- -----


Eşqilə dolup, sevgi ilə daşdı vucudum

İdrak deyilən çərçivəni aşdı vucudum


----- ------- -----


Sırlardı vucudumda yığılmış da parıldar

Mən bir günəşəm türlü vucudlarda izim var


----- ------- -----


Ey büt sənə heyrət edirəm dərdi Fuzuli

Məndən ötərək, Tanrısını gördü Fuzuli


----- ------- -----


Düşsən, öz içində boğulub məhv olarkən

El at ətəyimdən yapış ey mutsuz adam sən


----- ------- -----


Hər türlü sənət tapdı mənə səcdə edərkən

İlham və sənət qaynağının heykəliyəm mən


----- ------- -----


Sən nəfsini dəf et, mənə tək nəfsilə baxma

En ruhuna dal, nəfsini özgürcə buraxma


----- ------- -----


Mən nəfs üçün yem dəyiləm, haydi kənar ol

Ya gəl də mənim qəlbimə gir, qəlbimə, var ol


----- ------- -----


Var ol əbədiyyən də bu qəlbim sənin olsun

Ərmiş kişilik, mərd ürəyin də mənim olsun


----- ------- -----


Mən qəlbə axan sırlıca bir şərqiyə dönnəm

Girrəm də ürəklərdə, könüllərdə döyünnəm


----- ------- -----


Zülmətlərə dalğın, əzilən ruha girərkən

O, ruhu həyat zevqi ilə dolduraram mən


----- ------- -----


Ey göydə süzən nurlu günəş gəz bu səmanı

Mən ruhları aydınladıram, sən də cahanı


----- ------- -----


Mən eşqə tapındım da dərinliklərə vardım

Surətdə və mənidə göründüm də ucaldım


----- ------- -----


Gəl, gəl mənə yar ol mənə ey sevgili dildar

Gəl ləblərimin şəhdini nuş eyləgil ey yar


----- ------- -----


Nəbzimdə vuran sevgidir ancaq və məhəbbət

Hər zərrəm olub zevq, səfa, eşq, sədaqət


----- ------- -----


Gəl birgə yanaq eşq oduna rəqs eləyək biz

Sevda dışı dünyaları həp dəf eləyək biz


----- ------- -----


Ey sonsuz üfüqlər sizə də lütf qılıb mən

Aşiq baxışımla sizi şad eylərəm hərdən


----- ------- -----


Güntay Cavanşir




++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net