|
::::: Seyid Heydər Bəyat
Alma Yolu
Əllərim almada,
Gözlərim səndə,
Dərmişdim.
Almanın sonunadək,
Mənimlə qalmadın.
Uşaqlıq qulaqlarımız
Hər birisi bir ağızdan
Nağıl almışımış.
----- ------- -----
Qaranlıq Gündüz
Küsmə
Sənsiz sevgi,
Sənsizlərə yarar.
Yaralanan qoluma,
Sən yaylıq bağlamasan,
Yoxsa sağalar?
Küsmə
Getmə
Bir belə adını dillərə salmışam
Susmağı xoşlayan gecə şahları
Məni öldürərlər
Uca alnının günəşi saçmasa
Bu qaranlıq gündüzə...
----- ------- -----
Və Bu Mahnı...
Əski bir mahnı,
Dodaqlarımı tərpədir.
Bədənimi titrədir.
Görəsən hansı aşiq,
Haray çəkərək,
Hansı dağın başında,
Haçan,
Bu mahnını söyləyib,
Hansı sevgiliyə?
Nə fərq edər
Indi mənəm>
Ayrılıq gecəsi
Və
Bu mahnı...
----- ------- -----
Dağıt...
Saçlarını hörməmişdən,
Asmağımdan ötrü,
Tüklərini bir yolda dağıt
Sinənin üstünə
Duyğularımı sərim.
----- ------- -----
Seyid Heydər Bəyat
++++++++++
|