Top Shekil

Ev səhifə Qonaq Şairlər Seyid Heydər Bəyat (Pişikçi Sevgili)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: Seyid Heydər Bəyat

At





Pişikçi Sevgili



Bağışlama məni

Necə ki mən əffedə bilmədim

İkimiz də çiy süt əmmişdik

Bunda heç şübhə yox

İkimiz də qup-quru əyilməz idik

Küçələr qoşa addımlarımızı görəbilsəydi birdə...


Sevgidən xatırladığın nədir?

Söylə mənə

Əsrük* əsər dodaqlar

Və güvənsiz bir divar

Dibində namaza qamət bağlamaq

Hər yerə üz tutsan tanrı vardır

Amma, sən yalnız

Günəbaxanların göz dolanışıyla dolanardın onda

Və mən sevgi- firaq sətirlərinin arasında yol döyərdim

Heç yol sənə çatmayırdı

Addımlarım niyə günəbaxan gözü kimi yeyin dəyildilər?

Və Türk atlarımızın sırtından çoxdandır düşmüşdük

Dedin sözcükləri gətir yandıraq

Bu dilin ocağı sönür

Sonralar sözcüklərə yabancı olmuşdun

Və ümüdsüz qara pişik iskiliti, səni aldatmışdı

Onda idi sevginin sinində susdum

Və pişiyin şəklini evimizdə odladım

Ocaq qızırdı

Anam dedi: onu da get çağır

Anam bilməyirdi ki sən pişikçisən

Və başdan ayağa yap-yabancı olub

Özgəlik yapırsan

Yasaqlar yasa kitablarını bürümüşdülər

Sən onları ucadan oxurdun

Sanki savcı Nomu*

Bağrında gözünün qarası qədər

istəkli bir şey amma qalmışdı

Yasaqlıq Qadını




əsrük: məst

nom: Türklərin əski qutsal kitabı


----- ------- -----



Seyid Heydər Bəyat




++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net