Top Shekil

Ev səhifə Qonaq Şairlər Həkimə Buluri (Vətən Həsrəti)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı



Həkimə Buluri




Vətən Həsrəti



Dünyada belə bir xəstəlik də var

Vətən həsrətidir o dərdin adı

Elindən yurdundan ayrı olanlar

Vətənin dərdindən ayrı olmadı


----- ------- -----


Vətəndən uzaqda ömr edənlərin

Dərdi böyük olar el bilir bunu

Vətən həsrətini dərk edənlərin

Gözü yolda qalar ömür uzunu


----- ------- -----


Ele günəşəm bir ulduzam

Dağların dalında batıb qalmışam

İntizar çəkərək gecə sübhəcən

Səhər ulduzunu yola salmışam


----- ------- -----


Vətənin həsrəti illərdir illər

Qəlbimi çulqamış bir halə kimi

Gözlərim yol çəkər hər axşam səhər

Dolaraq boşalır piyalə kimi


----- ------- -----


Mənim xəstəliyim söylə ey həkim!

Vətən həsrətindən özgə nə olar

Bu dözülməz dərdi de necə çəkim

Rişəsiz ən güclü ağac da solar


----- ------- -----



Həkimə Buluri




++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net