Top Shekil

Ev səhifə Qonaq Şairlər Həsən Səfəri - Hardasan?

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı




Hardasan?



Of sevgilim

Türkülərimin həzin laylası

yollarından qopmayan

baxışlarımın nisgili

ürəyımın sevgi dağı

duyğularımın həsrət qoxusu

sevgilim!


Hardasan?


Qərib Təbriz’imdəmi qəribsədin?


Kimsəsizlədin?


Gözəl Bakı’mdamı özünə özgələşdin?


Özgəyə bələşdin?


Və bəlkə

İstanbul’umda

Allahu əkbərə boyanıb

özünü itirdin?


Altay’larımda rus bəlasına uğradın?


Siberiyamda ürəyin dondu?


Və ya

bozqırımda

yolunumu itirdin?


Urumçumda

Çin darındanmı asıldın?


Of sevgilim

harda qaldın?


Heç düşlərimdən boşanmadın

baxışlarımdan boşanmayan

həsrətin kimi.


Oy...

Ötükən qoxulum

Təbriz qururlum

sevgilim

buyur

buyur gəl

bu ürək sənindir

səni gözləyir


***-------***



Həsən Səfəri



++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net