Novruz bayramı haqqında rəvayətlər
Çevirən: Pəri (Sarı Gəlin) 12 mart 2006
Hamıya məlumdur ki Novruz cox
əski Türk bayramıdır və bunun türkcədə adı
ərgənəgün, yaxud yeni gündür. Daha sonralar türklərin
digər uluslarla əlaqələrinin
sıxlaşdığı zaman bu novruz törəni o uluslara da
keçmiş olur və hər bir xalqın düşüncə və
yaşam tərzinə uyğun olaraq qəbul edilməyə
başlayır. Bəzən dini ayin, bəzən də milli
karakter alır və bəzi hallarda da dəyişik adlarla
istifadə olunur. Novruzun yaxud yeni günün hansı
şərtlər altında hansı ulus tərəfindən
özəl olaraq istifadə edildiyi tam olaraq deyilməz. Çünkü bu
tarixdən gələn bir olayı hər kəs (ulus) öz
imkanı dayrəsində çözməyə
başlamışdır. Hər halda novruz yaşam tərənnümü,
ruh oxşar və sevinc mənbəidir. Bu tükənməz sevinc
və fərəh mənbəini hər kim necə
istərsə eləcə istifadə edə bilər. Ancaq
unutmaq da olmaz ki bu bir uyğarsal (mədəni)
gələnəkdir və onun yəqin ki əsil yaradanları
onun əsil iddəaçısıdırlar.
Bütün uyğarsal dəyərlər
zaman çərçivəsində və bəlli sürə
içərsində dəyişikliyə məruz qalmışlar
və hər bir yeni mədəniyyətlərin gəlişi ilə
onla buluşub, oluşub və
bölüşmüşlər. Elə buna görə ərgənəgün
yaxud novruz bayramı da ulusumuzun hər bir yeni inamı və
yaxud həyat tərzini qavradığında onun rəngini
özünə üz örtüyü etmişdir. Bunlardan bir neçəsini
sizlərə axtarmağa cəhd edəcəyəm.
Türkiyədə özəl olaraq Bəktaşilərdə
zevq və səfa gündür və onların inancına görə bu
bayram bu olaylardan dolayı yaranmışdır:
1. Həzrəti Əli-nin doğum günüdür.
2. Həzrəti Əli və Fatimə-nin evləndiyi gündür.
3. Həzrəti Məhəmməd-in
peyğəmbərliyə məbus olduğu gündür.
4. Qədim ənənələrə, Türk
törənlərinə görə baharın gəlişini
göstərən bayramdır.
5. Günəşin balıq burcundan qoç burcuna girdiyi gündür.
6. Qış mevsiminin sona çatıb, baharın
başlanmasila birlikdə Türklərin qışlaqlardan
yaylaqlara girdiyi gündür.
7. Həzrəti Əli-nin xilafətə
çıxdığı gündür.
8. Rəvayətə görə həzrət
Əli-nin Novruz adında bir xidmətkarı var imiş,
Əli-nin xilafətə oturduğu zaman o, birinci şəxs
olur ki Əlinin ziyarətinə gəlir və o bu iş üçün
bütün sərvətini satır, bir yumurta alır və onu saman
suyu ilə boyayıb Əliyə hədiyə gətirir. Onun
bu saf niyyəti Əlidə xoş təsirat yaradır və
bu günü sənin adına Novruz bayramı elan edirəm deyir.
Digər inanclara görə
novruz bayramı daha əski və mifik inancılara dayalı
olaraq xalq arasında öz yerini qoruya bilmişdir:
1. Yunus peyğəmbərin balığın
qarnından çıxdığı gündür.
2. Nuh peyğəmbərin gəmisinin qayaya
oturduğu gündür.
3. Türklərin ərgənəgündən
çıxartdıqları 5 min ildən bəri doğu
dünyasında bilinir. Orta asiyadan bu tərəfə uzanıb
gələn Türklük bayramıdır.
4. Əski şərq millətlərinin
qəbul etdigi il başı günüdür.
5. Türk xaqanlığı Xarəzmşah
məlikşahın icad etdiyi gündür.
6. Qədim Türklərin ilkin mevsimlərə
bağlı olan toplantılarıdır ki daha sonra novruz
mərasiminə çevrilmişdir.
Tarixçilər və
digər araşdırıcılar bu gün haqqında
muxtəlif fikirlər
soyləmişlər. Bəziləri onu zərdoşt dini
ilə ilgiləndirmişlər və bəzilər də
onun islami ayin olduğunu ön plana
çəkmişdirlər. misal üçün T. Bayramlı bəgov bu
günü sırf zərdoşt dini ilə bağlamış. Abdullah
Şaiq də novruz bayramında olan mərasimləri
zərdoştlik yaxud atəş pərəstlik törəni kimi
qəbul etmişdir:
1. Atəş pərəstlikdən qalan bayram mərasimidir.
2. Orta asyada islam dinindən əvvəl
yayılmış bayramdır.
3. Yeni gün, günəşin yaz inqilabı,
zamanın düzgün dəqiqləşdirilməsi zamanı.
4. Cəmşid padişahın Azərbaycanda
taxta çıxdığı gündür.
5. Həzrət`i Adəm-in yaradıldığı gündür.
Ən qədim rəvayətlərdən biri novruzun dünya
yaradılışının tamamladığı gün kimi
qəbul edilməşidir. Günümüzə qədər heç bir bilim bu məsələni
açıqlaya bilməmişdir. Çünkü yaşadığımız
yer kürəsi və onda həyatın başlanışı
bir sırr kimi qalmaqdadır elə buna görə də bəzi
bəşəri mərasimlər də bunlar kimi sırrı
açılmaz qalmaqdadır və hər şey təxmin
üzərindədir.
Kainatın yaradıldığına əsas fakt müqəddəs
kitablardır, ancaq rəvayətlərə görə ilk
yaradılışda həzrət Adəm yaradılan ilk insan
olaraq 80 il şəkilsiz, 120 il də ruhsuz qaldıqdan sonra
tanrı tərəfindən kamilləşdirilir. Quran`i
kərimin 15-ci ayəsinin 26-cı surəsində Adəm
haqqında oxuyuruq:
"biz insanı qumla torpaq və pis qoxuyan palçıqdan yaratdıq"
Ancaq burda da bir qəti
qanıt verilmir. Zərdoştçilik bu dini-fəlsəfi
düşüncə tərzində insan ruhu yaxşı və pis
arasında daimi savaş meydanıdır.ona görə də bahar
və qış fəsillərinin qovuşacağı və
ayrılacağı günü ərgənəgün
adlandırmışlar. Ancaq burda dəlil və qanıtlara
rastlamırıq.
Bütün bunlara rağmən
kökü və soyu Türk olan bu bayram, Türkün özü qədər, tarixi
qədər qədim sayılabiləcək, günümüzə
qədər uzanıb gələn bəşəri hadisədir.
Novruz bayramı bütünləşdirici və sevindiricidir. baxmayaraq
ki bizim olan bu rəsm digər millətlərin yazı və
törənləri ilə də qorunub saxlana bilmişdir. Baxmayaraq
ki tarix boyu bəzən onu başqalarına məcburi olaraq
bayram etdirmişik!.
Bayramı, yeni günü
andıran bu bayram, türkün yaşadığı insanı və
təbii nəqşəyə yaxdığımızda, onun
doğal və təbii uyğunluğu təbiətlə
görməmək mümkün dəyil. Türkün yaşayışı
ilə üzlaşan, zatı ilə bağlaşan bü gün sanki onun
şəninə uyğun icad edilmişdir...
Dr. Hüseyn Şərqi
++++++++++
|