Top Shekil

Ev səhifə Qonaq Şairlər Həmidə Rəiszadə( Səhər )-(Ağlaya bilsəydim...)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: Həmidə Rəiszadə( Səhər )





Ağlaya bilsəydim...



Dayanmağa divar,

Nəfəs çəkməyə az-çox hava,

Alışdırmağa sigara,

Sinəmin dərdini bitirməyə dava,

Var!

Bunlar deyil dərdim.

Günəş yerinə ulduzlara kifayət eyliyə bilərdim,

Başımı çiynivə qoyub,

Ağlaya bilsəydim...

----- ------- -----

And içirəm



Dalğalı göllərinə and içirəm.

Damğalı ellərinə and içirəm.

Qoymarıq bağlı qala qollarımız

Quruya gül-butamız, xullarımız

Yetə dustaq dibinə yollarimiz

Bağlanan qollarına and içirəm.

Kəsilən yollarına and içirəm.

Qoymarıq al günəşin rəngi sola

Qorxuluq yurdumuza kölgə sala

Ağaran tellərinə and içirəm.

Qoymarıq qəm dənizi dalğalana

Gətirə tülkü feli xalqı cana

Odumuz özgə ocağında yana

Saralan güllərinə and içirəm.

Sarı bülbül-lərinə and içirəm.

Yazarıq Qoç Nəbinin şanlı sözün

Çalarıq sazda elin canlı sözün

Duyarıq Xan Arazın qanlı sözün

Saralı sellərinə and içirəm.

Yaralı ellərinə and içirəm.


----- ------- -----



Həmidə Rəiszadə

( Səhər )

( 09.07.2007 )




++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net