|
::::: İsmayıl Xürrəmi
Son Kitab
Yanmış dodaqların,
Harayında basdırın məni.
Kimsə sevmədən,
Arzu qapımı döyməsin...
Can huzuruma gəlməsin.
Kimsə ürəyini,
Yandırmırsa,
Dəli mizrab havasında,
çalmasın könlümün qapısını.
Yanıma gəlməsin...
Məni dindirməsin.
Mən yandım,
Son kitabın,
əl çatmayan varağında!
Kimsə yanmadan məzarıma gəlməsin...
Zarə gəlməsin...!
----- ------- -----
Sən Yenə Gəlmədin...
Gözümü,
əlimə götürüb,
şəhərin ən uca yerinə qoydum.
Qulaqlarımı,
Bütün telefon zənglərinə bağladım.
Qollarımı,
Quşların qanadına sardım.
Ayaqlarımı,
Maşınların təkərinə yamadım.
Saçlarımı,
əllərimlə yollara düzdüm.
Ürəyimi,
Axar suların gözünə verdim.
Bəlkə sən gələsən!
Günlər çuvala girdi.
Min illik,
Həsrət yükü altında,
Belim büküldü.
Kəlmələr dəmirdən,
Qulaqlar daşdan,
Uzaqdan gələn nəsnələr,
Polatdan hörülmüşdülər.
Nə bir səs eşitdim,
Nə bir şey gördüm.
Sən yenə gəlmədin...
----- ------- -----
İsmayıl Xürrəmi
++++++++++
|