|
::::: Nasir Davəran
Biz varıq
Yaşıl qabaqlı meşənin,
Mehriban qoynunda
Qalaqlar var
Yan-yana
Ocaqlar var
Odu sönməz.
Çəpərsiz evlər
Nə xoşbəxt yaşayırlar!
Qızların saçı günəş telidir
Gözləri umman.
Gecələr, ulduzlar susuyanda
əyilib içirlər
meşənin nəğməkar suyundan.
Bəxtəvər başına günəşin
Hər gün, günorta çağı
Sərir döşəməsin
TəkəmSeyərək ağaclı otluğa.
Bir az dincəlim deyə
Uzanır arxayınca.
Dinləyir meşə xoruzun
Dinləyir həyatın ayaq səslərin
Yaşıl yarpaqların damarında.
Gül ətrinə bələnmiş sərin küləklə
Qol-boyun olur,
öpüşür...
Yenicə qalaqlar qalanır
Yeni bir atəş tüstüsü
Biz varıq, deyir.
Meşənin dərinliyində
Hamı odun daşıyır.
----- ------- -----
Nasir Davəran
++++++++++
|