|
::::: Vüqar Nemət
Ana dilim
Düşüb şerlərimin izinə
Axşam tapacaqlar məni
Bir süfrə başında
Özümü yeyərkən
Ya da masamın arxasında
Hansı bir fikrə uyarkən...
Gözlərimi qapayacaqlar,
Ağzımı,
Bu ürəyimin qapısını,
Pəncərəsini
Suçlu kəlmələrin ünvənı kimi
Yaxalayacaqlar məni,
rəhmsiz bir canı kimi
Dustaq edəcəklər
Ana dilimdə yazıb
danışdığıma görə!
Sonra da qara bir sukuta
Məni sürgün edəcəklər
Və sevinəcəklər sukutuma görə!
Ancaq onlar nə bilir!
Mən sukut etsəmdə
Ana dilimdə
Sukut edəcəyəm.
----- ------- -----
Vüqar Nemət
++++++++++
|