Təbriz həsrətim silsiləsindən - 1
Bir gün gələr
Məmməd Araza
Azərbaycan yanıqlı tar, Araz simi
Yuxuları ərşə çəkıb Araz qəmı
Bu həsrətın ömrü gödək, Araz əmı
Görərsən, vallah görərsən
Bir gün gələr Savalanda binəm olar
Fərəhimdən qabaran da sinəm olar
Qoxlamaqa incə, zərıf nanəm olar
Dərərsən, ustad dərərsən
Bir çuxura su gəlibsə, gələr yenə
Xan Arazım körpü görüb, görər yenə
Muştuluqa qaçacaqam mən üstünə
De görüm nə verərsən?
Xaqani Qayibli - 1986-ci il
......... ......... .........
O qız, eşqin ağrısını
Yaxşı ki məndən almadı
Zəmim dözlərdə saraldı
Biçilib dən-dən olmadı
Dən-dən olub gedən ömrüm
Ovcumdan axıb töküıər...
Mən o qiza qovuşan gün
Ruhum göylərə çəklər!
Ağlamağa güz yaşı yox...
Gedin o qizi susdurnn!
Ölsəm mənə başdaşi yox
Bir körpə çinar basdırın!
Moskva, Tvér - 11.09.1995
......... ......... .........
Dərd azar oyar canı
Qürbətdirsə hiyanın
Toz basmış dəyirmanən
Dərdi dənin əlində
Ömrün sabahı düyün
Ya yas gözlər, ya düyün
Sıyırlıb çıxdım bu gün
Bir dünənin əlindən.
Günlərim sətir-sətir
Ötür...beləcə ötür!
Mən söz əlində esir
Qələm mənim əlimdə
Tartu - Tvér 27.12.1996
......... ......... .........
Yolunu seçdi içimdən
Boyumu ölçdü içimdən
Bir baxiş keçdi içimdən...
Bu baxiş öldürdü məni!
Ha istadim, qaçammadım
Bir sirrini açammadım
...Ürəyimlə bacamadım
Elimə güldürdü məni
Bu tale, alın yazısı
Bu ömrün ölüm qapısı...
Gözlərim gül tamarzısı
Yıxacaq gül dərdi məni!
Qaraçöp - 1987
......... ......... .........
Bu sevdadan könlüm yalın
ki gör səndən keçdi yolum!
Gel köksün göstərmə, Zalım
Uçunur, əlim uçunur...
Men-divanə
Sən-can üzən!
Yağmalandım bu qaş gözə...
Dodaqlarım möhtac sözə
Ağzımda dilim uçunur!
Göylər pəmbə, yerlər ipək...
Əllərini gözümə çək!
Haqq deyilən buymuş demək
Önümdə ÖLÜM uçunur!
Tvér, Tartu - 20.04.1993
......... ......... .........
Yaş otuzu haxlarsa
İllər quş olub gedər...
Çox ömrə bel bağlama
Ömür yaşanıb gedər!
Yanağı yaş alarsa
Diləklər xöş olarsa
Bir eşqə tuş olarsa
Könül baş alıb gedər!
Gedənlər dönməz geri
Hədər sayma genləri
Qürbət eldə gözləri
Hərdən yaş alıb gdər
Tartu - 15.01.1995
......... ......... .........
Əl dəysə solub tökülən
bu ömür mənim olacaq
Bu, solub gedən ömrümə
oz dərdim qənim olacaq!
Götür, bu dünyanı gəzim
Torpağina sürtüm üzüm...
Harda yaşararsa gözüm
O yer vətənim olacaq!
Hey boşalıb dolan Torpaq
Bizi bizdən alan Torpaq
Mənə vətən olan Torpaq
Ölsəm kəfənim olacaq!
Tartu - Mart 1993
......... ......... .........
|