Təbriz həsrətim silsiləsindən - 2
Dərd məni ütdü beləcə
Gülüşüm itdi beləcə
Bu ömrüm ötdü beləcə...
Günahdan asdım özümü
Düya gidi, mən gidi
Can dərddən didim- didim...
Bir mənəm, bir güllədi
Divara qısdım özümü
Günahım güldü üzümə
Gülləm qəlp imiş demə...
Eh, şükr olsun bu günə
Bağrima basdım özümü!
Tartu - 03.11.1993
......... ......... .........
Adımı qoydılar Dəli
Çətin daha yola gəldim...
Bir başımdi iki əlim
Döydüm, öz başımı döydüm!
Yanqım var, su ver bir udum
İçimi yandırdı oldum
Bu ömrümdə Şair oldum
O ömrümdə görən nəydim?!
...Baxdım, son anımı gördüm
Ruhumdan anrımı gördüm...
Dikəldim Tanrımı gördüm
Əyildim Sevdama dəydim!
Tartu - 09.03.1992
......... ......... .........
Yulum üstə duran sonam
Dindirmə, dinən deyiləm
Haqdan gələn sirli şamam
Yandırma, sönən deyiləm
Tutuşsam eşqin oduna
Kimsə çatmaz imdadımə
Bel bağlama inadima
Mən daha o men deyiləm
Gözyaşın axıb duralar...
Önündə yollar ayrəlar...
Baxma, kürəyim qovrular
Mən geri dönən deyilım!
Almaniya/Ulm - 16.06.1994
......... ......... .........
Oğul olub daşın üstə daş qoyam
Vətən, sənim əleyindən kəçeydim
Mamır tutmuş bir qayana baş qoyam
Bu dunyadan bax beləcə köçəydim!
Menim vətən məhəbbətim tükənməz
O zivəyə kim qalxıbsa çək, enməz!
Hər yətirən bu karvanı çəkemməz
Arazımın əzabını çəkəydim!
Evəzi yox o dağların dağımtək
Bar gətirməz özgə bağı bağımtək
Menim ayrı nəyim var ki, toxumtək
Söz bağında bir misramı əkəydim
17 Fevral 1985
......... ......... .........
Giley-güzar hər bir sözdə
Biz zamandan zamn bizdən
Gəlib keçir ömrümüzdən
Günlər aylana-aylana...
Bu YOL ki var ulu yolldur
Kim yaşadı, kimi soldu
Bir də gördün namard oldu
Mərd də qoylana qoylana!
Görən kim yazdı yazımı
Qoydu gözdə murazımı?!
O tayına Arazımın
Qaldim boylana boylana!!!
Qoşqar - 25 İyul 1985
......... ......... .........
Qarşimda bir fıncan qəhvə
Beynimdə cavabsız suallar
Və içimdə sırtıq bir şübhə...
Kədər arxaclayıb üzümdə!
Bir də
Aysız, ulduzsuz zinrik
Bir gecə göy üzündə
Bu zülmət gecənin sabahında
Növbəti bir sınaq
Yanımda yörəmdə
Pıçıltılar
Səslər
Nəfəslər
Uzaq bir məmləktdə
Halalım məni səslər
Həsrətimin qolu üstə baş qoyub...
Oyub, bu həsrət içimi oyub!
Tartu - 12.12.1991
......... ......... .........
Yaslıyam gözüm ağlar
Çırpınnam dizim ağlar
Burda mən yas içində
Orda Təbrizim ağlar...
Budunun, bötküm ağlar
Əlincəm, Əkrim ağlar...
Azərim ağı deyər
Hönkürüb türküm ağlar...
Tartu - 21.02.2002
......... ......... .........
|