SƏN...
...Sərin bir payız gecəsi
Öncə duyğularım gəldi
Dolunaya baxarkən...
Sonra sən çıxdın qarşıma
Dünya dönüb oldu SƏN
---- ------ ----
Mən elə bilirdim hər doğan günün
Qızaran dan yeri SƏN olacaqsan!
Eşqə yenik düşən əsir ömrümün
Ümüd uman yeri SƏN olacaqsan...
---- ------ ----
Necə ki canımda nəfəs var canım
Ruhumda, könlümdə SƏN olacaqsan
Bir gün kərəm kimi yanıb kül olsam
O qalan külümdə SƏN olacaqsan!
---- ------ ----
Bu sonsuz hərətdən can didim-didim
Hər qopan ahımda var olacaqsan
Mən elə bilirdim, elə bilirdim
SƏN mənə ömürlük yar olacaqsan!
Xaqani Qayıblı
......... ......... .........
|