|
 |
 |
 |
 |
 |
|
::::: Bəxtiyar Fərrux
Ozanlar
Ozanlar qopuz çalanda,
qayğılarım qətər-qətər
karvan olar
alçaq ucaları aşar
düşər gedər gəlməz yola.
Ozanlar qopuz çalanda,
göyçiməndə
Qorqud dədə`m
harayları
uca dağların başından
sənələrdir gəlir səsi
məni salır
bilməz hala.
Ozanlar qopuz çalanda,
Babək babam
bir sel olub
dağdan axır
qoç Koroğlu
nə`rə çəkir
covlan verir
yağıları
yerə yaxır
paşaların meydanında
aşıq Cunun`un sazında
oyanıram
bala-bala.
----- ------- -----
Bəxtiyar Fərrux
Şasəvən Elinin Şairi
++++++++++
|
|
 |
 |
 |
 |
 |
 |
 |
 |
|