|
::::: Fikrət Qoca
Asan iş deyil
Asan iş deyil Həmişə anlayasan,
Hər işə yarayasan,
Hamını duyasan.
Başqasının süfrəsini bol görəndə,
özün də doyasan.
Qonşu sevincini görəndə,
öz dərdini unudasan.
Bir qanmazı,
yüz yaxşıya bağışlayasan.
Söyüşünü qaytarıb udasan.
Namərdlik, düşmənə bağışlanar,
ona hər kişinin haqqı var.
Namərdliyi, dosta bağışlamaq,
asan iş deyil.
Ürəyin ağlayanda toyda gülmək,
gülüş deyil,
gərək bacarasan!
Bunlar asan olsaydı,
onda daha nə vardı.
Dünyada hamı,
İnsan olardı.
----- ------- -----
Fikrət Qoca
++++++++++
|