|
::::: Hümmət Şahbazi
Cəsarətsiz Buludlar
Yolların qiqacı gözündə
Sorğu sual görünür
Ağacların nəslini aldadan
Həyatın axımından...
Yağışın çürüməsindən,
Danışır hamı
Buludlar,
Cəsarətsiz ancaq.
Yellər,
Ağlayırdı ölən yarpaqlara.
Gecələr,
Udurdu kölgələri
Və kölgələr
Yeniləşmədən köhnəlirdi.
----- ------- -----
Çənlı Saniyələr
Yaşıl yellərin sığalını
Duyanda yalnızlığımda,
Içimin alaqlarının səsini eşidirəm
Ağız açıbdır,
Göyün pancərəsinə.
Necə baxım
Çayın qıvrımına,
Şəlaləyə yetən zaman
Ləhzələrimin qoxusu
Izlərimi yalayanda.
Ulduzların qaş-göz atması
Aldadır məni.
Çənli saniyələrin,
Simfonyasının vurğusundan
Çıxmaq olarmı heç?
Mən,
Bu quru yarpaqları
Toplayanacaq,
Dumanlı yellər
Hamısını oğurlayacaq.
Yaşıl təpənin saçlarını,
Hörən zaman
Keçidsiz dərələrə hopacağam.
Mən,
Və bu biçimsiz parlaq güzgüm
Gecənin qarnında
Pas bağlayacağıq.
----- ------- -----
Hümmət Şahbazi
++++++++++
|