Top Shekil

Ev səhifə Qonaq Şairlər İsmayıl Cəmili (Arzı yazı)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: İsmayıl Cəmili





Bahar gülür səndə gülüm gül barı

Gül, gətirsin ömrün günün gül barı


Qəmin dərdin qara dönsün ərisin

Yaz gətirsin sevdamızın pərisin


Qada qorxu qəm dumanı qovulsun

Dərd verənlər dərd içində boğulsun


Küsgün gülüş dodaq ilə barışsın

Yeni günlər arzımızdan danışsın


Gəlsin elə sevgi-sevinc anları

Gülə dolsun yurdumuzun baharı


Aşıq desin gözəlləmə dağlara

Can-can deyib can eşitsin yar yara


Vüsal gəlsin hicran dəmi sovuşsun

Ana diyar özgürlüyə qovuşsun


Pöhrə versin qızıl güllər dustaqdan

Adim-sanim can qurtarsın yasaqdan


Ana dildə bülbül desin sözünü

Öz ətrilə gül tanıtsın özünü


Yurdumuzun arzı yazın özlürük

El şənliyin el bayramın gözlürük

İsmayıl Cəmili

Bahar bayramı

2008



++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net