|
::::: İsmayıl Cəmili
Aşıq
Yenə yanıq kərəmi çal
Sazın əgər sazdı aşıq
Bu çəkilməz qurbət qəmin
Havalarda azdır aşıq
Ömür keçir yardan uzaq
Gül yerində əsir sazaq
Qurbət qurub qəmli duzaq
Çal kökünü qazdır aşıq
Qapı döyür şaxta duman
Diş qıcıdır soyuq zaman
Bitməyən qış kəsir aman
Bizim yerdə yazdır aşıq
Mizrab dəysin teldən telə
Gəzib çatsın bizim elə
Savalanda açan gülə
Nə söyləsən azdır aşıq
Təbriz, Bakı, Şəki, Şirvan
Xoy, Ərdəbil, Urmu, Zəncan
Bir ölkədir Azərbaycan
Sazın üstə yazdır aşıq
Aşıq çalır xan kərəmi
Ərir qurbət dərdi qəmi
Aşiqlərə hicran dəmi
Həmdəm olan szdır aşıq
Olsa vurğun kim elinə
Bağlı qalar öz dilinə
Cəmil üymaz yad gülünə
Öz gülünə bazdır aşıq
İsmayıl Cəmili
++++++++++
|