|
::::: İsmayıl Cəmili
Azərbaycan Adına
Biz fəda eyləmişik canları canan adına
Almışıq var nə qədər dərdu bəla can adına.
Ərse-i aləm ara zarrədə də yox gözümüz
Yaramaz talib olaq mənzilə mehman adına.
Qılsada eşq məni yar qapısında qara qul
Can evimdə yaşadır könlümü sultan adına.
Sanma rönəqdə dəyil bağlanıb eşqin kitabı
Min züleyxa yaşayır yusif-i kənan adına.
Açsa şirin yuxusundan yenə fərhad gözün
Yaracaqdır başını xusrov-i xuban adına.
Nə rəva qılsa fələk könlümə, üsyan eləməz
Bircə yox tabı yenə qan ola hicran adına.
Mey verən saqi əgər yarın ola, yum gözünü
Zəhr-i nab olsada iç, dərdinə dərman adına.
Qoyma qurbətdə sola hüsn-i cəmilin gözəlim
Sil tozun ayrılığın Azərbaycan adına.
----- ------- -----
İsmayıl Cəmili
++++++++++
|