|
 |
 |
 |
 |
 |
|
::::: İsmayıl Cəmili
Hələ...
İllər boyu gözlədiyim
Gözəl-gözlüm gəlməz hələ
Baxışların özlədiyim
Həsrətimi bilməz hələ.
Yar yolunu bağladı çən
Yoxa çıxdı gəlib-gedən
Öz əlim də gözlərimdən
Axan yaşı silməz hələ.
Yollarında qaldı gözüm,
Öz içimdə yandım özüm
Nə can qaldı nə də dözüm
Gülər-üzüm gülməz hələ.
Yox gileyim ötən dəmdə
Boğulsada könül qəmdə
Yüz yol ölüb dirilsəmdə
Məhəbbətim ölməz hələ.
Aşiq Cəmil gözlür tayın
Vurğunudur ayın-şayın
Arzu dolu ömür payın
Özgəsiylə bölməz hələ.
----- ------- -----
İsmayıl Cəmili
++++++++++
|
|
 |
 |
 |
 |
 |
 |
 |
 |
|