|
::::: İsmayil Cəmili
Baharidir yenə
Aç ürəyin pəncərəsin güllü baharidir yenə
Gözdə umud üzdə gülüş sevgili yaridir yenə
Gönçə açıbdır örtüyün bülbülə əzdirir özün
Gözləri tazə nərgizin məst-o-xumaridir yenə
Tazə gəlinliyin geyin, çətrini yasəmən açıb
Ayna kimi bulaqlara kölgə salaridir yenə
Lalə dolandırır camın, eşqinə tazə dövranın
Dum-duru buz şəlalələr dağdan axaridir yenə
Qaldı qışa üz qaralıq, çıxdı çəməndə təxtə gül
Seyrinə çıx yam-yamacın, nəqş-o-nigaridir yenə
Qəm qəfəsində könlünü qıyma kədər usandıra
Arzı umud qapılarını sevgi açaridir yenə
Xoş gələcək gözləyiri dərdə dözən el-obamız
Sevgisi sevdamız olan şanlı diyaridir yenə
----- ------- -----
İsmayil Cəmili
++++++++++
|