Top Shekil

Ev səhifə Qonaq Şairlər İsmayıl Cəmili (Çalın sazım)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: İsmayıl Cəmili





Çalın sazım çalın sazım

Sənlə yetər çoxum azım

Çalın sevgi diyarında

Çiçəklənsin arzı yazım


Yaman gündür çalın sazım

Sənsiz əlim yalın sazım

Dinlən səsin saz eyləsin

El obanın halın sazım


Səslən elə dayaq duraq

Çənli beldə yığva quraq

Sevgi dolu havalarda

Qəm qussənin boynun buraq


Mizrab qılsın kərəm yenə

Çalsın Yanıq Kərəm yenə

Tel-tel olsun qəm dağımız

Dərd olmasın vərəm yenə


Nələr olur söylə bir-bir

Qara yellər hardan əsir

Çək harayın dünya duysun

Dilim bağlı elim əsir


Çal qaranlıq itib batsın

Özgəliyi alıb atsın

Gülgəz dönsün Tufarqana

Aşiq könlüm vəslə çatsın


Çal sevgilim çal qadası

Üzə düşsün can yarası

Çal oxşasın könlümüzü

Azərbaycan el havası

İsmayıl Cəmili



++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net