Top Shekil

Ev səhifə Qonaq Şairlər İsmayıl Cəmili (Gec-tezi var)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: İsmayıl Cəmili





Yaralı könlünü bir gün yar alar gec-tezi var

Etdiyi cor-o-cəfadən usanar gec-tezi var

Arzular gülşənini sarsada hicran xəzəli

Gül gülər bülbül oxur fəsli bahar gec-tezi var


Sel olan göz yaşıma baxmagilən tənə ilə

Vəsli cananə çatar aşiqi zar gec-tezi var

Əlini üzmə gilən yar ətəyindən a könül

Qəlbi daş olsada bir gün yumuşar gec-tezi var


Sanma ki çəkdi bizi çöllərə yersiz yerə yar

Edəcək qəmzəyə nazilə şikar gec-tezi var

Üzünə bağlı əgər olsada bəxtin qapısı

Döz, dözümlə tapılar bir gün açar gec-tezi var


Gecəyə əymə boyun üzmə səhərdən ümüdün

Məzlumun ahı qılar zülmü mahar gec-tezi var

Yurdumun gül üzünə qonsada qəm qüssə tozu

Hər daşı bir gün olar nəqş-nigar gec-tezi var


Sıxma canın görünən hali pərişaninə bax

Tutacaq şanlı yerin doğma diyar gec-tezi var

Yol açır şən sabaha himməti fərzanələri

Bu qaranlıqda ötər, gün də doğar gec-tezi var

İsmayıl Cəmili



++++++++++















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net