Top Shekil

Ev səhifə Qonaq Şairlər İsmayil Cəmili (Gözəl Gözlüm)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

::::: İsmayil Cəmili





Gözəl Gözlüm



Gözəl gözlüm gülə-gülə

Göz yaşımı göl eyləmə.

Arzu bağın bilə-bilə

Talan edib çöl eyləmə.


Yox etibar ömrə, günə

Qoyma qona qəm könlünə.

Yersiz küsüb dönə-dönə

Dərd payımı bol eyləmə.


Üz çevirib, dodaq büzmə

Olmazları sıra duzmə.

Xoş görüdən əlin üzmə

Çıxmazlara yol eyləmə.


Bir qonağıq bu dünyada

Sev getməsin payın bada.

Sevgisiz yox çatan dada

Könlün kinə qul eyləmə.


Ayrılığa vermə aman

Qurbət eldə salma məkan.

Yar boynuna dolamadan

Zülfünü tel-tel eyləmə.


Cəmil deyir sözün düzün

Olanlara yumma gözün.

Özlügündə qoru özün

Yad qulluğun öl eyləmə.


----- ------- -----



İsmayil Cəmili




++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net